Qış fasiləsində xeyli futbolçu ilə vidalaşan "Şahdağ” heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, qusarlılar "Pele" ləqəbi ilə tanınan yarımmüdafiəçi Vüqar Asaliyevi heyətinə qatıb.
Qeyd edək ki, 2013-2015-ci illərdə "Şahdağ"da top qovan Vüqar daha sonra "Şəmkir" və "Turan"ın formasını geyib. "Turan"dan transfer olunan Asaliyev mövsümün sonunadək Qusar təmsilçisinin şərəfini qoruyacaq.
Fanat.Az