Yohan Cruyff "Real Madrid"in keçmiş baş məşqçisi Jose Mourinyonu sərt sözlərlə tənqid edib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Barcelona"nın əfsanəvi ulduzu Yohan Cruyff, "İşlər qaydasında getməyəndə Mourinyo hər kəsi barmaqla göstərməyə başlamışdı. Şəxsi məsələləri üzündən davamlı olaraq klubla mübarizə apardı. Bu tərz davranışlar komandanın əhvalını məhv edər. Madriddən ayrılmasının ən əhəmiyyətli səbəbi başarısızlığı idi və Mourinyonun gələcəkdə hər hansı bir müvəffəqiyyətinin ola biləcəyini düşünmürəm. Mourinyo və Skolari kimi eqoistlər məni əsəbiləşdirir", deyib.
İdman24.az