Premyer Liqada XVI tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçında liderlə autsayder qarşılaşıb. İlk pillədə qərarlaşan "Qarabağ" AZAL-ın qonağı olub. Son iki matçda qələbə qazana bilməyən ağdamlılar 3 xal həsrətini sona çatdırıb. Düzdü, ağdamlılar 7-ci dəqiqədə Rəşad Abdullayevin qoluna üzülüb. İlk yarının sonlarında meydan sahiblərindən Sadio Tounkara meydandan qovulub. "Qarabağ" ikinci yarıda iki qol vurub. 60-cı dəqiqədə Maksim Medvedev, 3 dəqiqə sonra Coşqun Diniyev fərqlənib. Bununla da "Qarabağ" qələbə qazanaraq liderliyini qoruyub.
Günün digər matçında "Qəbələ" "Neftçi"ni qəbul edib. "Qırmızı-qaralar" qələbə qazanaraq liderlə 1 xallıq fərqi qorumaq, "Neftçi" isə 4 oyunluq qələbəsizliyə son qoymaq niyyətində idi. Bir qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb. "Qəbələ"ni sevindirən qola 77-ci dəqiqədə Daniel Subotiç imza atıb. Yenidən bölgə klubuna dönən isveçrəli futbolçu debütünü qolla qeyd edib.
Qeyd edək ki, turun qalan iki oyunu sabah keçriləcək və "Zirə" "Kəpəz"i, "Sumqayıt" "İnter"i qəbul edəcək.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVI tur
3 fevral
AZAL - Qarabağ 1:2
Qollar: Rəşad Abdullayev, 7 - Maksim Medvedev, 60. Coşqun Diniyev, 63.
AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 44. Roberts Almadine, 14. İlqar Ələkbərov, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 19. Elnur Süleymanov, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 3. Tural Hümbətov, 95. Şirməmməd Məmmədov, 33. Seyidrəzi Ağayev, 10. Nuqzar Kvirtiya, 16. Feyzi Aşkan, 17. Eltun Hüseynov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Qırmızı vərəqə: Sadio Tounkara, 45+3.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
“AZAL Arena”.
Qəbələ - Neftçi 1:0
Qol: Daniel Subotiç, 77.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 14.Cavid Hüseynov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 27. Teo Uiks, 31. Daniel Subotiç.
Baş məşqçi: Roman Qriqorçuk.
Neftçi: 33. Boban Baykoviç, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev, 7. Namiq Ələsgərov, 9. Hüqo Barqas.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 13. Murad Ağayev, 3. Jayro Rodriges, 19. Fəhmin Muradbəyli, 22. Mahir Şükürov, 12. Daniel Seqovia, 11. İqnasio Herrera Fernandes.
Baş məşqçi: Elxan Abdullayev.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu.
he№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 16 | 11 | 3 | 2 | 29:8 | 36 |
2 | Qəbələ | 16 | 10 | 5 | 1 | 32:8 | 35 |
3 | İnter | 15 | 7 | 7 | 1 | 25:13 | 28 |
4 | Sumqayıt | 15 | 4 | 6 | 5 | 14:19 | 18 |
5 | Zirə | 15 | 5 | 3 | 7 | 13:16 | 18 |
6 | Kəpəz | 15 | 3 | 6 | 6 | 11:17 | 15 |
7 | Neftçi | 16 | 3 | 1 | 12 | 10:32 | 10 |
8 | AZAL | 16 | 1 | 5 | 10 | 8:29 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az