Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, turun son oyunlarında “Zirə” “Kəpəz”i, “Sumqayıt” isə “İnter”i qəbul edib.
Artıq ilk oyun başa çatıb. İkinci oyun günü “Zirə” və “Kəpəz” arasında matçla start götürüb. Çempionatın ortabablarının oyununda bir qol vurulub və iki qırmızı vərəqə göstərilib. 28-ci dəqiqədə Sezar Meza Kolli meydandan qovulub. "Zirə" azlıqda qalsa da, 9 dəqiqə sonra hesabı açıb. Nurlan Novruzovun qolu matçda yeganə olub. Son saniyələrdə "Kəpəz"dən Renan Silva qırmızı vərəqə alıb.
Liderlərin iki ən yaxın izləyicisi Sumqayıtda qarşılaşıb. 3-cü pillədəki “İnter” liderlərin büdrəməsini gözləyirdi. “Kəpəz” üzərində böyükhesablı qələbə ilə liderlərə yaxınlaşan bakılılar bu fərqi daha da azaltmaq əzmindəydi. “Qəbələ” səfərindən xalla dönən sumqayıtlılar isə həm mövqeyini qorumaq, həm rəqibinə yaxınlaşmaq üçün qalib gəlməliydi. Tərəflərin dueli yetərincə dramatik alındı. Bol qollu "sülh" "Sumqayıt"ı 5-ci pilləyə göndərdi.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qarabağ" AZAL-ı 2:1, "Qəbələ" "Neftçi"ni 1:0 hesabı ilə yenib.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVI tur
4 fevral
Zirə - Kəpəz 1:0
Qol: Nurlan Novruzov, 37.
Zirə: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 39. Sadiq Quliyev, 16. Akim Latifu, 28. Təmkin Xəlilzadə, 8. Milan Duriç, 11. Viktor İbekoyi, 20. Sezar Meza Kolli, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 17. Vüsal İsgəndərli, 5. Adil Nağıyev, 7. Amadu Sanqar, 43. Riçard Qadze.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 88. Tadas Simaitis, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 9. Tural Qürbətov, 17. Nicat Qurbanov, 68. Əli Nuri, 16. Emin Zamanov.
Baş məşqçi: Şahin Diniyev.
Qırmızı vərəqələr: Sezar Meza Kolli, 28 - Renan Silva, 90+3.
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zirə İdman Kompleksinin stadionu.
16.30 Sumqayıt - İnter 2:2
Qollar: Mirabdulla Abbasov, 18-pen. Nicat Muxtarov, 90+1 - İlkin Qırtımov, 48. Rauf Əliyev, 88.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 21. Nasır Abilayev, 74. Yusif Nəbiyev, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Samir Abasov.
İnter: 1. Səlahət Ağayev, 22. İlkin Qırtımov, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 17. Abbas Hüseynov, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 19. Mirhüseyn Seyidov, 7. Mirsahib Abbasov, 6. Samir Zərgərov, 4. Slavik Alxasov, 2. Sertan Taşkın.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt şəhər stadionu.
he№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 16 | 11 | 3 | 2 | 29:8 | 36 |
2 | Qəbələ | 16 | 10 | 5 | 1 | 32:8 | 35 |
3 | İnter | 15 | 7 | 8 | 1 | 27:15 | 29 |
4 | Zirə | 16 | 6 | 3 | 7 | 14:16 | 21 |
5 | Sumqayıt | 16 | 4 | 7 | 5 | 16:21 | 19 |
6 | Kəpəz | 16 | 3 | 6 | 7 | 11:18 | 15 |
7 | Neftçi | 16 | 3 | 1 | 12 | 10:32 | 10 |
8 | AZAL | 16 | 1 | 5 | 10 | 8:29 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az