Premyer Liqada XVII turun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, bu həftə keçiriləcək turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.
Turun “İnter” və “Neftçi” arasında mərkəzi oyunu fevralın 9-da saat 17.30-da start götürəcək. Ötən mövsümün mükafatçıları “Qarabağ”la “Zirə” 1 gün öncə eyni saatda üz-üzə gələcək.
Turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
8 fevral
15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
17:30. “Qarabağ” – “Zirə”
“Azərsun Arena”
9 fevral
15:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt. Şəhər stadionu
17:30. “İnter” – “Neftçi”
“İnter Arena”
Fanat.Az