"Səbail"in 17 yaşlılardan ibarət komandasında baş məşqçi dəyişikliyi həyata keçirilib. Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi, eyni zamanda əsas heyətin məşqçilər korpusunda yer alan İlqar Hüseynovla yollar ayrılıb.
Komandanın "sükanı" isə Asif Ramazanova həvalə edilib. Yeni baş məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Asif Ramazanovun son iş yeri "Sumqayıt"ın əvəzedicilərinin baş məşqçisinin köməkçisi olub.
Fanat.Az