Bu gün Topaz Premyer Liqasında XVII tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq və liderlər meydana çıxacaq.
Artıq bir oyun başa çatıb. İkinci pillənin sahibi "Qəbələ" doğma meydanda autsayder AZAL-ı sınağa çəkib. Meydan sahibləri autsayderlə matçda 2:0 hesablı qələbə qazanıb. 63-cü dəqiqədə AZAL-ın yeni transferi Omeqa Alamadine qırmızı vərəqə alıb və penalti təyin edilib. Zərbəni dəqiq yerinə yetirən Filip Ozobiç hesabı açıb. Xorvat futbolçu 90+3-cü dəqiqədə dubl edərək komandasına qələbə qazandırıb. Bununla da "qırmızı-qaralar" ən azı "Qarabağ" - "Zirə" matçının sonunadək liderliyi ələ alıb. "Qarabağ" bu matçda xal itirməsə, "Qəbələ" yenidən ikinci pilləyə düşəcək.
Turnir cədvəlinin zirvəsində qərarlaşmış "Qarabağ" bcz ötən mövsümün gümüş mükafatçısı, 2017-ci ilə 2 qələbə ilə başlayan “Zirə”ni qəbul edib. Ardıcıl 4 dəfə rəqibini eyni - 2:0 hesabı ilə yenən "Qarabağ" ənənəsinə sadiq qalıb. Belə ki, oyun yenə ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə Əfran İsmayılov açıb. 47-ci dəqiqədə Dino Ndlovu fərqlənib.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVII tur
8 fevral
Qəbələ - AZAL 2:0
Qol: Filip Ozobiç, 64-pen; 90+3.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 77. Araz Abdullayev.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Alamadine, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 27. Rəşad Abdullayev, 19. Elnur Süleymanov, 77. Arkadi Qalperin, 10. Nuqzar Kvirtiya, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 3. Tural Hümbətov, 17. Eltun Hüseynov, 33. Seyidrəzi Ağayev, 16. Feyzi Aşkan, 11. Olvier Madu.
Baş məşqçi: Tərlan Əhmədov.
Qırmızı vərəqə: Omeqa Alamadine, 63.
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.
Qarabağ - Zirə 2:0
Qollar: Əfran İsmayılov, 13. Dino Ndlovu, 47.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 77. Elşən Abdullayev.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Anar Nəzirov, 44. Migel Lorenso, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 16. Akim Latifu, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 28. Təmkin Xəlilzadə, 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 92. Cavid Tağıyev, 11. Viktor İqbekoyi, 43. Riçard Qadze, 7. Amadu Sanqar, 17. Vüsal İsgəndərli, 33. Vəzir Musayev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şaiq Həmidov.
"Azersun Arena".
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 17 | 12 | 3 | 2 | 31:8 | 39 |
2 | Qəbələ | 17 | 11 | 5 | 1 | 34:8 | 38 |
3 | İnter | 16 | 7 | 8 | 1 | 27:15 | 29 |
4 | Zirə | 17 | 6 | 3 | 8 | 14:18 | 21 |
5 | Sumqayıt | 16 | 4 | 7 | 5 | 16:31 | 19 |
6 | Kəpəz | 16 | 3 | 6 | 7 | 11:18 | 15 |
7 | Neftçi | 16 | 3 | 1 | 12 | 10:32 | 10 |
8 | AZAL | 17 | 1 | 5 | 11 | 8:31 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ) - 9. Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az