"Özünüz hər şeyi gördünüz. Mənə ünvanlayacağınız sualları da bilirəm".
Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, heç bir suala cavab verməyəcəyini deyərək mətbuat konfransını tərk edib.
Qeyd edək ki, oyunun 73-cü dəqiqəsində Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top "Qəbələ"nin hücumçusu Daniel Subotiçin əlinə dəysə də, baş hakim İnqilab Məmmədov penalti təyin etməyib. (qol.az)
Fanat.Az