20:14 09.02.2017 782

Mikayıl Nərimanoğlunun Bakıda "Gəncə bazarlığı"

"Kəpəz"in uğursuz çıxışı davam edir. Yeni ildə qələbəyə həsrət qalan Nizami yurdunun təmsilçiləri bu gün də səfərdə "Sumqayıt"a boyun əydi. Vəziyyət günü-gündən pisləşir, azarkeşlər komandadan, komanda özündən narazıdı. Çarə isə tapılmır...


"Kəpəz"in uğursuzluğunun səbəblərini atxarmaq kimi niyyətimiz yoxdu. Kim kimə "torba tikir", kimin gözü kimin yerindədi, özləri bilər. Bununla işimiz yoxdu.


Bu yazıda sizə bu gün eşitdiyimiz informasiyaları çatdıracağıq. Məlum "Sumqayıt" - "Kəpəz" oyunundan sonra iki klub əməkdaşı arasındakı söhbət diqqətimizi çəkdi, daha doğrusu bizi sözün əsl mənasında şoka saldı. Deyək, siz də bilin ki, ölkənin ən köklü klublarından biri olan "Kəpəz"i kimlər bazara çevirib.


Məlum olduğu kimi, "Kəpəz" də artıq Bakı klubuna çevrilib. Gəncə təmsilçisi paytaxtda yerləşib, ev oyunları olanda Gəncəyə üz tutur. Yeri gəlmişkən, bu il hələ doğma torpağa ayaqları dəyməyib. Allah qoysa, hava şəraiti imkan versə (!) "Qarabağ"la XVIII turun oyununda Gəncəyə səfər etməlidilər. 


Komandanın Bakıda məskunlaşması da narazılıqlara səbəb olub. Məsələn, uğursuz çıxışa görə oyunları boykot edən "Xəmsə" fan-klubu səbəblərdən biri kimi də komandanın doğma şəhərdən imtinasını göstərib.


Bəs "Kəpəz" niyə Bakıda qalır? Komanda harda məskunlaşıb? Bu sualların cavabını bugünkü matçdan sonra iki klub əməkdaşı arasındakı söhbətdən öyrəndik. Məlum oldu ki, rəhbərlik futbolçuların qalması üçün paytaxtda bir villa icarəyə götürüb. Bütün komanda üzvləri orda yaşayır. Bu villa da AFFA-nın Mətbuat və İctimaiyyətlə Ələqalər Departamentinin rəhbəri, "Kəpəz"in Müşahidə Şurasının üzvü - yəni Elxan Məmmədovun klubdakı səlahiyyətli nümayəndəsi Mikayıl Nərimanoğlunun vasitəçiliyi ilə kirayələnib. Özü də real dəyərindən bir neçə dəfə baha qiymətə rəsmiləşdirilib. Həmin villanın kimə məxsus olduğunu bilmədik. Amma böyük ehtimalla, özlərinə yaxın şəxslərdən birinindi.


Futbolçulardan fərqli olaraq, komandanın iki gəncəli məşqçisi - Füzuli Allahverdiyev və Xaliq Mərdanov üçün başqa ev kirayəyə götürülüb. Bilirsiz bu ev kimindi? AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun... Deyilənə görə, bu ev də real dəyərindən bir neçə dəfə baha qiymətəyə icarəyə götürülüb. Yəqin buna görə Vaqif Sadıqov Mikayıl Nərimanoğluna təşəkkür edib. Axı bu prosesdə cənab Nərimanoğlunun ona böyük köməyi dəyib.


Eşitdiklərimiz bununla da bitmir. Əksinə,həngamə burda başlayır. "Kəpəz" azarkeşləri Rəşad Eyubovun 2015/16 mövsümünün qış fasiləsində "Qəbələ"yə transferini yaxşı xatırlayar. Qısa müddətdə komandanın aparıcı simalarından birinə çevrilmiş hücumçu Premyer Liqanın iddialı klubuna üz tutmuşdu. Bugünkü söhbətdən məlum oldu ki, "Kəpəz" Rəşadı "Qəbələ"yə pulsuz göndərməyib. "Qırmızı-qaralar" onun üçün gəncəlilərə samballı məbləğ ödəyib. Amma həmin puldan "Kəpəz"in büdcəsinə qara qəpik də daxil olmayıb. Deyilənə görə, bu məsələdə də Mikayıl Nərimanoğlu baş rolda olub. "Qəbələ"dən alınan pul Elxan Məmmədovun səlahiyyətli nümayəndəsi tərəfindən "ünvanına" çatdırılıb...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X