AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fana.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" ilə oyunun 57-ci dəqiqəsində "Qarabağ" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. "Neftçi" isə azarkeşləri matçın 10 və 59-cu dəqiqələrində pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə edilib.
"Xəzər Lənkəran" "İnter"lə oyunda 5, "Sumqayıt" "Bakı", "Neftçi" "Qarabağ"la matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.