19:15 12.02.2017 671

“Zirə”ni yavaş-yavaş tanıyacaqlar” - Ayxan Abbasov

“Oyuna ciddi hazırlaşmışdıq. Bundan əvvəlki matçda məğlub olmuşduq. Ona görə də ardıcıl ikinci məğlubiyyəti almaq istəmirdik”. Fanat.Az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Ayxan Abbasova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ”ni qəbul edən paytaxt təmsilçisi son dəqiqə qolu sayəsində bərabərliyə (2:2) nail olub.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: “Məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdi. Üstəlik, evdə oynayırdıq. “Qəbələ” də güclü komandadı, son illər öz sözünü deməyi bacarır. Rəqib 10 nəfərlə qalsa da, qol vura bildi. Amma sonra iki hücumçuya keçdik və bərabərlik qolunu vurduq. İki futbolçu ilk dəfə idi ki, start heyətində yer alırdı. Onlar qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Çalışacağıq xallarımızın sayını artıraq”.

 

- İctimaiyyətdə belə fikir formalaşıb ki, “Zirə” “Qarabağ”a bu cür sürətli oyun təklif etsəydi, xal ala bilərdi. Bununla razısınızmı?

- İlk dəfədi özümə borc bilirəm ki, buna cavab verim. Futbol oynayanda da bu tip hallar yaşanmışdı. Vaxtilə “Qarabağ” – AZAL matçında da eyni söz-söhbətlər yaranmışdı. Heç vaxt bu söhbətlərə getməmişik, məşqçi kimi də getməyəcəyik. Debüt etdiyimiz ötən mövsüm gümüş medal qazandıq. Paxıllıq yaranıb. Azərbaycan futbolunun problemi budu. Bizim sponsorumuz başqa, onlarınkı başqa. “Qarabağ” güclüdü və onlara qarşı oynamaq çətindi. Bu gün onlara rəqib yoxdu. “Qəbələ” də çempionluğa oynayır, amma “Qarabağ” tam fərqli oyun göstərir. Düzdü, “Qarabağ”da oynamışam. Amma Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin. Orda münasibətim yaxşı olan futbolçular var. Ötən mövsüm “Qəbələ”yə 3 oyunçu vermişdik. O demək idi ki, onlara oyun verməliyik? Ən çox “Qarabağ”a qalib gəlmək istəyirəm. Onlarla oyunumuz alınmır, bizdən üstündülər.

 

- İlk 20-25 dəqiqədə hücumda çoxala bilmirdiniz. Hesab 1:1 olarkən də eyni vəziyyət yaranmışdı...

- Biz hücumda ən azı 5 nəfərlə iştirak etmək istəyirdik. Amma cinah müdafiəçilərimiz hücuma az qoşulurdular. Bu da rəqibin təzyiqindən irəli gəlirdi. “Qəbələ” də qapımızda ciddi vəziyyət yarada bilmirdi. Amma ikinci hissədə daha baxımlı oynadıq. Bu həftə standart vəziyyətlər üzərində işləmişdik. Çünki “Qəbələ”nin bu baxımdan problemi olduğunu bilirdik. Qol buraxmağımız isə ani epizod oldu, müdafiəçinin ayağı sürüşdü. Ozobiç də çox yaxşı oyunçudu, bunu qaçırmadı.

 

- Sizə elə gəlmir ki, “Qarabağ”la oyundakı məqamlar söz-söhbətlərə zəmin yaradır? Komandanın bu rəqiblə matçda sarı vərəqə almaması, Elvin Məmmədovu əvəzləməyiniz müəyyən şübhələrə əsas verdi...

- Bununla razı deyiləm. Elvin Məmmədov “Qarabağ”la görüşü zəif keçirdi. Açığı, onu meydana buraxmaq istəmirdim. Amma özü çox oynamaq arzusunda idi. 3 gündən bir oynayırdı yorulmuşdu. Əks-hücumdan oynamaq istəyirdik. Elvin Məmmədov birinci hissədə istədiyim kimi oynamadı. 3 hücumçu buraxmışdım. Uduzmaq istəsəydim, 3 hücumçu ilə oynayardım? “Real” – “Barselona” oyununda da bəzən vərəqə olmur. Oyun belə gətirib, vərəqə verilmirsə, buna biz nə edək. “Qarabağ”ın ciddi qol vəziyyətləri olmurdu. Sadəcə, müdafiədən çıxa bilmirdik. Futbolçularımızda “Qarabağ”a, “Qəbələ”yə qarşı qorxu hissi var. Güclü legionerlər də Azərbaycanda bu komandanı tanıyırlar. “Zirə”ni yavaş-yavaş tanıyacaqlar. Çıxıb meydanda bu cür artistlik eləmərik. (Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

17:01

MPL: 35-ci tur start götürdü - YENİLƏNİR

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

Facebookdan bizi izləməyi unutmayın.
X