13:39 15.02.2017 761

"Ölkə çemoionu olmaya bilərik..."- MÜSAHİBƏ

 “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu gün keçirilən AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib. Fanat.Az xəbər verir ki, klub rəsmisi bir sıra önəmli məqamlar üzərində dayanıb.

 

- “Qarabağ”ın meneceri Asif Əsgərovla qızğın müzakirə aparırdınız. Nəyi müzakirə edirdiz?

- Keçmiş oyunları. Bəzi görüşlərdə olan mübahisəli epizodlarla bağlı fikir mübadiləsi aparırdıq. Bilirik ki, bizi “Qarabağ”la qarşıda gərgin oyun gözləyir. Çox maraqlı görüş olacaq. İnanıram ki, mübarizə yalnız iki komanda arasında gedəcək.

 

- Klublar Komitəsinin gündəliyinə ölkə futbolunda o qədər də vacib olmayan məsələlər salınıb...

- Sözün açığı, iclasda hansı məsələlərin müzakirə olunması Klublar Komitəsinin sədri tərəfindən qeydə alınır. İstənilən klub hansısa məsələni təklif edə bilir. Bu, bizim 2017-ci ildə ilk görüşümüz idi. Ola bilər ki, az məsələ müzakirəyə çıxarılmışdı. Ancaq önəmli olduğunu düşünürəm. Bir neçə il öncə də “Neftçi” klubu əvəzedicilərin əsas komandadan bir gün sonra oynamasını müzakirəyə çıxarsa da, həmin vaxt qəbul olunmamışdı. Biz yenidən bu məsələni PFL və aidiyyəti qurumlara təklif etdik. Gündəlikdə qeyd edilməyən başqa məsələlər də oldu.

 

- “Qəbələ”ni ən çox narahat edən amillərdən biri də Premyer Liqanın 4 klubunun süni meydanda oynamağıdı. Yəqin razılaşarsız, bu amil çempionluğa oynayan komanda üçün heç də yaxşı hal deyil...

- Bəli. Ötən il “Qəbələ” klubu tərəfindən bu məsələ gündəmə gətirilmişdi. Aidiyyəti qurumları da günahlandırmıram. Çünki klublarda vəziyyət başqa cürdü. Çünki bu, klubların üzərinə düşən işdi. AFFA onlara yalnız dəstək ola bilər. Amma meydançalar həddən artıq bərbad gündədi. “Kəpəz” – “Qarabağ” matçını televiziyadan izlədim. Ora hansısa ucqar kənd meydançasından da betərdi. Orda futbol oynanılmaz. Ona görə bunu qabartmıram ki, fevralın 28-də “Kəpəz”lə səfərdə qarşılaşacağıq. Oynayacağıq ki, söz-söhbət olmasın. Gəncə azarkeşlərinə böyük hörmətim var. Onlar Azərbaycanın ən yaxşı klub azarkeşlərindən biridi. Onları futbolsuz qoymaq olmaz. Amma orda futbol oynamağı dayandırmaq lazımdı ki, azarkeşlər də meydançanın düzəldilməsi üçün tələb etsinlər. Klub olaraq biz də dəstək verə bilərik. Belə ki, keyfiyyətli ot hazırlayan yaxşı mütəxəssislər təklif edə bilərik. O cür regionda meydança olmalıdı. Meydança olmayan yerdə futbol yoxdu. Həmçinin, AZAL-ın, “Zirə”nin meydançası bərbad vəziyyətdədi.  

 

- “Qəbələ” – “Qarabağ” oyunu ətrafında böyük ajiotaj yaranıb və əsas müzakirə mövzusu hakimlikdi. Həmin matçı əcnəbi hakimin idarə etməsi ilə bağlı bir təklifiniz varmı?

- “Qəbələ” 2010-cu ildən iddialı çıxış etməyə başlayıb. Həmin gündən bəri bir azərbaycanlı kimi utanmışam deməyə ki, xarici mütəxəssislər cəlb olunsun. Çünki xaricdən mütəxəssis gətirilməsini istəməklə demək istəyirik ki, Azərbaycanda ədaləti qoruya bilən adam yoxdu. Mən bunu deməyə utanıram. Qoy bu fikri formalaşdıranlar, bizi buna məcbur edənlər utansınlar. Mən də istəyirəm ki, hər oyunda haqq-ədalət olsun. Amma belə şəraitdə başqa variant haqda düşünməyə məcbur olursan. Söhbət təkcə “Qəbələ” – “Qarabağ” görüşündən getmir. Başqa komandaların görüşlərində də eyni şeylər baş verir. “Neftçi” ilə matçda ofsayddan qol vurduq, lehimizə qərar verildi. Amma istəmirəm. Həmin hakim kim idisə, sağ olsun. Amma belə səhv eləməsin. Ondansa, Fariz Yusifov Ruslan Abışovun ikinci sarısını verərdi. Bu olardı ədalətli. Nə “Neftçi” inciyərdi, nə də biz narazı qalardıq. 10 nəfərə qarşı qələbə qazanardıq və ya uduzardıq, bu öz işimizdi. Həmçinin, “Zirə” ilə axırıncı görüşdə. Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə bizim oyunlarımızda qərəzli qərarlar verib. “Qarabağ” – “Qəbələ” görüşündə Rəşad Sadiqova qırmızı vərəqə verdirib, əleyhimizə ofsayddan qollar vurulub. “Zirə” ilə görüşdə də həm sarı vərəqə verdirdi, həm də qapımıza ofsayddan qol vurdurdu. Özü də düz xəttin üstündə idi, çox yaxşı da görürdü.

 

- Bütün klublar hakimlərdən gileylənirlər. Bu səhvlər nədən qaynaqlanır?

- Bu məsələyə birmənalı yanaşmaq olmur. Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim. Klublar Komitəsində də bu məsələni açıq-aydın şəkildə dedim. Baxmayaraq ki, bəzi klublar AFFA tərəfindən idarə olunurlar. Qeyri-normal haldı. Amma AFFA-nı da başa düşürəm. Klublar ortada qalmamaq üçün AFFA bu dəstəyi verir. Onlarsız futbolumuz olmaz. Amma hər şeyin son nöqtəsi var. Haqqı deməyə bilərsən. İclasda dedim ki, haqsızlığı ört-basdır etməyə çalışan adama salam verməyəcəm.

 

- Ötən iclasda AFFA Hakimlər Komitəsinin sədr vəzifəsinə təcrübəli mütəxəssisin dəvəti müzakirə olunmuşdu. Bu məsələ gündəmdə qalırmı?

- Mənə elə gəlir ki, hakimliyi həddən artıq müzakirə edirik. Klub olaraq bu barədə danışmağımız düzgün deyil. Amma bir şeyi deyə bilərəm ki, məsələ o vaxt pik həddə çatır ki, hamının qərəz kimi gördüyü bir epizodla bağlı Hakimlər Komitəsinin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar tam əksini deyirlər.

 

- Belə bir fikir gəzir ki, “Qəbələ” çempion olmasa, büdcəsi azalacaq və klub rəsmiləri bu səbəbdən hakim səhvlərindən geniş danışırlar. Bu nə dərəcədə doğrudu?

- Biz ardıcıl iki mövsümdü Avroliqada uğurlu çıxış edirik. Klub prezidenti Tale Heydərov da, mən də deyirik ki, bizim ən birinci vəzifəmiz ölkəmizi xaricdə uğurlu təmsil etməkdi. Ölkə çempionu olmaya bilərik. İstər zəif olaq, istərsə də kənar amillər təsir etsin. Biz ölkəmizi xaricdə uğurlu təmsil etməyə çalışırıq. Amma siz deyən məsələ barədə bir söhbət olmayıb, klub prezidenti də belə bir söz deməyib.

 


Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X