18:48 15.02.2017 700

"Əcnəbi hakimi cəzalandırmaq imkanımız yoxdur"- MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev futbol11.az saytına müsahibə verib. Fanat.Az müsahibəni təqdim edir.



- Ramin Musayev "Qəbələ" - "Qarabağ" matçından öncə əsgərlərini döyüşə hazır vəziyyətə gətiribmi?

- Qarabağ uğrunda döyüşü nəzərdə tutsaydınız, düşünmədən qısaca “hə” cavabı verərdim. Amma siz liderlərin oyunu barədə sual verirsinizsə, onu deyə bilərəm ki, biz hər zaman hər bir oyunun təşkilinə hazırıq. Biz bunu çalışdığımız 8 il müddətində dəfələrlə sübut etmişik. Odur ki, təcrübəmiz bu oyunu yüksək səviyyədə təşkil etmək üçün yetərlidir. Yəni, biz hazır vəziyyətdəyik, heç bir problem yoxdur.

- Sizi ən çox 19 fevral düşündürür, yoxsa oyunun bir gün sonrası? Nəzərə alaq ki, matçda baş verəcək hakim səhvi yenə böyük söz-səhbətlərə səbəb olacaq...

- Biz oyunlar arasında hər hansı bir fərq qoymuruq. “Qəbələ” – “Qarabağ” görüşü bizim üçün adi təqvim oyunudur, şişirtməyək. Biz isə çempionatı təşkil edən qurumuq. Oyun gününü də düşünürük, oyundan bir gün sonranı da, bütün təqvimi də. Bizim üçün Premyer Liqanın turu ayın 18-də başlanır. Hətta bugündən artıq biz Divizionun XVI turuna start vermişik və bütün təşkilati işlərə nəzarət edirik.

- Nədənsə, oyundan öncə Xaqani Məmmədovu çıxmaq şərti ilə heç kim hakimlər barədə nikbin düşünmür. Hakim səhvlərinin olacağı ehtimalı daha yüksək qiymətləndirilir. Sizcə, bu, nədən irəli gəlir?

- Gəlin ehtimallardan yox, real məsələlərdən danışaq. Çox təəssüf ki, son vaxtlar ölkəmizi Avropada layiqincə təmsil edən komandaların oyunundan öncə belə suallar verilir. Hər iki komandamız son vaxtlar çox gözəl futbol sərgiləyir. Məncə, siz hakim səhv edəcəyinə dair ehtimallar irəli sürməkdənsə , daha çox gözəl oyun arzulayın. Mən hakimi də, sizi də futbolumuzun tərkib hissəsi sayıram. Gəlin bir-birimizə dəstək olmaqla futbol naminə mübarizə aparaq. Hakim də insandır, oyunlardan öncə onları psixoloji gərginliyə salmaq olmaz. Çünki psixoloji gərginlik hakimin işinə mənfi təsir göstərə bilər.

- Hakim səhvlərinin çox olduğu durumda niyə əcnəbi hakimin dəvət edilməsinə müsbət yanaşmırsız? Ümumiyyətlə, hər iki klub bununla sizə şifahi və ya yazılı müraciət edibmi? Əcnəbi hakim dəvət olunsa, nə itirib, nə qazanarıq?

- Bu suala detallı cavab verəcəyəm.

1. Bizdə FİFA dərəcəli və artıq çox sayda beynəlxalq oyun idarə etmiş hakimlər var. Əcnəbi hakim dəvət etmək yerli idarəçilərə qarşı inamsızlıq nümayiş etdirməklə yanaşı, eyni zamanda onların inkişafına da mənfi təsir göstərməkdir.

2. Şablon səslənsə də, hakimlik təkcə bizdə yox, bütün liqalarda ən çox müzakirə olunan məsələdir. Hər hansı bir federasiyadan hakim çağırılsa belə, onlar bizə ən yaxşı hakimlərini göndərməzlər. Çünki hər liqanın öz vacib qarşılaşmaları var və öz hakimlərini bu oyunlar üçün saxlayırlar.

3. Əcnənəbi hakimin dəvət olunması əlavə xərcdir. Onun yol, otel, qida xərcləri və oyun üçün alacağı qonarar bura daxildir.

4. Gələn hakimin oyunu hansı səviyyədə idarə edəcəyinə, səhv edib-etməyəcəyinə heç kim təminat verə bilməz. Eyni zamanda, gələn hakim oyuna görə heç bir məsuliyyət daşımır və ciddi səhv etdiyi təqdirdə bizim onu hər hansı bir sanksiya ilə cəzalandırmaq imkanımız yoxdur.

5. Əcnəbi hakimlərin Antalyada çıxardığı hoqqaları öz gözümlə görmüşəm. Heç kim zəmanət verə bilməz ki, Antalyada çıxarılan oyunlar əcnəbi hakimlərin simasında bizim çempionatda görməyəcəyik. Çünki heç bir məsuliyyəti olmayan hakimin bizim çempionat oyununu xarici bukmeyker kontorlarına qoymayacağına heç nə mane olmur. Onun federasiyamız, Hakimlər Komitəsi qarşısında heç bir məsuliyyəti yoxdur. Hətta dünyanın ən şəffaf çempionatlarından biri olan Bundesliqada hakim oyuna pul qoyuluşuna görə cəzalandırılırsa, bu artıq sözün bitdiyi andır.

6. Əcnəbi hakim dəvət olunması ancaq gələcəkdə 1 halda ola bilər. Detallı müzakirədən sonra gələcəkdə alınarsa, hər hansı bir liqa ilə hakim mübadisləsi edə bilərik. Biz hakim dəvət edəcəyimiz təqdirdə, əməkdaşlıq edəcəyimiz liqa da bizim hakimlərə güvənəcək. Indiki halda əcnəbi hakimin dəvət olunması gündəmdə deyil.


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

17:01

MPL: 35-ci tur start götürdü - YENİLƏNİR

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X