“Əlbəttə ki, qalib gəlmək istəyirdik. Ancaq istəyimizə çatmadıq”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Qarayev “Qəbələ”yə 0:2 hesabıyla uduzduqları oyunun gedişində meydan sahiblərinin forvardı Daniel Subotiçlə arasında yaşanan insidentə də aydınlıq gətirib: “O, məni vurmuşdu. Səbəbini soruşanda boyumun balaca olduğunu dedi. Mən də bu amilin səbəb sayılmadığını bildirdim. Oyunda belə hallar olur. Artıq hər şey geridə qalıb”.
Dayaq yarımmüdafiəçisi daha sonra əlavə edib: “Ab-hava ürəkaçan idi. Belə oyunların sayı çox olmalıdı. Artıq turnir cədvəlində lider deyilik. Ancaq vəziyyəti dəyişmək üçün kifayət qədər vaxtımız var. Qarşıdakı turlarda daha yaxşı oynamalı, məqsədimizə doğru irəliləməliyik”.
Fanat.Az