15:33 22.02.2017 650

"Qəbələ"nin prezidenti “Hocalı Tanıkları” filmini çəkib

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı şəraitində, ”Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində fevralın 25-dən 27 –dək “Qarabağ” kino günləri keçiriləcək.


Fanat.Az xəbər verir ki, cədvələ daxil olan filmlərin ilki – “Gənc Səslər, Qədim Nəğmə” adlanır. Tanınmış amerikalı muğam ifaçısı Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan az yaşlı uşaqların ifasına valeh olur. Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. Cefri vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycana gəlir.


Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştlər ilə müşayət olunan səyahəti başlayır. Nəhayət, gərgin axtarışlar öz nəticəsini verir. Cefri vaxtilə onu heyran edən gənc muğam ifaçısını tapır, onun gözlənilməz həyat hekayəti ilə tanış olur. Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları ona yeni ruh gətirir. Aydın olur ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır. Qloballaşmaya rəğmən, gənc nəsil böyük mədəni irsi yaşadır. Rejissorluğunu Keti-Robin Qarton və Cefri Verbokun həyata keçirdiyi və Tale Heydərovun İcraçı prodüseri olduğu film fevarlın 25-də “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.


26 fevral tarixində isə “Hocalı Tanıkları” adlı filmin nümayişi baş tutacaq. Filmdə Xocalı faciəsinin şahidi olmuş 7 şəxs həmin dəhşətli gün ilə bağlı öz xatirələrini bölüşürlər. Film Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin ”106 film” şirkətinin birgə istehsalıdır.


Fevralın 27-də isə “Sonsuz Dəhliz” filmi nümayiş olunacaq. ABŞ və Litva kinematoqrafçılarının istehsalı olan mütəqil bu film Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçard Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas şəxslər ilə görüşlərində lentə alınmış xatirələrindən bəhs edir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Global Film Awards (USA, 2015), Milano International Filmmakers Festival (Italy, 2015)): Best Documentary Editing award, Tenerife International Film Festival (Madrid- Spain, 2015), Cape Town Film Festival (South Africa, 2015), Toronto International Film Festival (Canada, 2015) kimi nüfuzlu festivallarda mükafat almış, Əl-Cəzirə və CNN Turk kimi bir sıra beynəlxalq kanallarda nümayiş etdirilmişdir.


Qeyd edək ki, Tale Heydərov "Qəbələ" klubunu prezidentidi.



Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X