14:08 23.02.2017 631

"Kəpəz"in sonuncu dəfə xal qazanmağı yadımdan çıxmışdı"

“Kəpəz”in müdafiəçisi Novruz Məmmədov klubun saytına müsahibə verib. Fanat.Az müsahibəni təqdim edir:


- Novruz, “Neftçi” çempionatın ikinci hissəsinə uğurlu, “Kəpəz” isə uğursuz başlamışdı. Əzəli rəqiblə görüşdə ardıcıl məğlubiyyətlər seriyasına son qoyacağınıza inanırdız?

- Biz onsuz da hər oyuna ciddi hazırlaşırıq, son matçlardakı uğursuzluqdan sonra diqqətimizi məşqlərə daha da çox yönəltmişik. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq uğursuzluğa “dur” deməyin vaxtı idi. Düzdür, “Neftçi” qış fasiləsində yeni oyunçularla güclənmişdi. Amma yaxşı başa düşürdük ki, sona kimi əzmlə mübarizə aparsaq, onlardan xal ala bilərik. Final fitinə qədər meydanda dayanmadan vuruşduq və xal qazanmaq istəyimizə nail olduq. Çətin oyun oldu, qol vəziyyətlərinə uyğun olaraq həm biz, həm də rəqib qələbə qazana bilərdi. Bu bir xal komandanın dirçəlməsi yönündə rol oynayacaq. Təbii ki, qələbə qazana bilsəydik, daha yaxşı olardı.


- Aradan müəyyən vaxt keçib. İndi soyuq başla əvvəlki oyunları təhlil etmək olar. Səncə, xal qazana bilmədiymiz matçlarda nə çatmadı?

- Hər oyuna ciddi yanaşırıq, məqsədimiz yaxşı nəticə əldə edib, daha çox xal qazanmaqdır. Bunun üçün də çalışırıq. Amma futbolda bəzən uğursuzluqlar da olur. “Kəpəz” də “qara zolağa” düşmüşdü. Oyunumuz istənilən kimi alınmırdı, səhvlər edirdik, qol vura bilmirdik, bir tərəfdən də bəxtsizlik olurdu. Bütün bunlar qeydə alınan nəticələrə öz təsirini göstərdi.  Hamımız uğurlu nəticə qazanmağa çalışırdıq. Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı.  


- Yeri gəlmişkən, “Kəpəz” bundan əvvəl elə sonuncu xalını da “Neftçi” ilə görüşdə əldə etmişdi.   

- Bəli, bu müddətdə çempionatda vacib xallar itirdik, məğlubiyyətimiz çox oldu. Komandamıza layiq olmayan yenilgilərlə üzləşdik. Evdə olduğu kimi “Neftçi”yə səfərdə də qalib gələ bilərdik, sadəcə, real qol vəziyyətlərindən lazımınca istifadə edə bilmədik. Qələbə qazansaydıq, bizim üçün daha yaxşı olardı. Çünki ardıcıl məğlubiyyətlərdən sonra qalib gəlmək komandanın özünə gəlməsi, uğurlu nəticəyə inam hissinin artması baxımından həlledici amildir.


-  Son iki oyunda çərçivədə Davud Kərimi yer aldı. Onun qapıda durmasının komandaya müsbət təsiri var?

- Bizim hər 3 qapıçımız yaxşıdır. Davud uzun illər Premyer Liqada çıxış etməsə də, təcrübəli qolkiperdir. Ona verilən şansdan da istifadə etməyi bacardı. Kərimi meydana çıxdığı oyunlarda özünü ən yaxşı tərəfdən göstərə bildi. Mən deməzdim ki, Tadasın qapıda durması komandaya pis təsir edir, Davudun durması isə əksinə. Onların hər ikisi işinin ustasıdır. Simaitis ötən mövsüm “Kəpəz”in Avroliqaya vəsiqə qazanmasında xüsusi rol oynayıb. Bunu yaddan çıxarmaq olmaz. Futbolda həm komandanın, həm də fərd olaraq futbolçunun eniş və yüksəliş dövrü var. Komanda ardıcıl uduzur, oyunçu səhvlər edir, yaxşı və pis oynayır. Yəni bu başa düşüləndir.


- Sən də son vaxtlar əsas heyətdə meydana çıxmağa başlamısan. Halbuki ilk iki dövrədə daha çox ehtiyat oyunçular skamyasında əyləşirdin.

-  Düzdür, çempionatın ikinci hissəsindən başlayaraq daha çox oynamaq imkanı əldə edirəm. Komandada kimə oynamaq imkanı yaradılırsa, bundan maksimum şəkildə yararlanmağa çalışır, eləcə də mən. Daimi oynamağımla yanaşı, “Kəpəz”in də uğurlu çıxış etməsi daha sevindirici olardı. Mənə bəslənən ümidləri doğrultmağa çalışıram. Amma ən əsası tək kiminsə yox, bütövlükdə komandanın uğurlu çıxışıdır. Hamımız kollektiv olaraq buna səy göstəririk.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X