"Neftçi”-nin qapıçısı Maksim Vaylo AZAL-la oyundan sonra klubun saytına danışıb. Fanat.Az xəbər verir ki, ardıcıl 3 oyunda qapısını toxunulmaz saxlayan qolkiper belə deyib:
"Artıq 3 oyundu qol buraxmıram. Bu məndə özünəinamı daha da artırıb. Oyun ərzində qapısını toxunulmaz saxlamaq hər bir qapıçı üçün vacibdi. O ki qaldı matça, yaxşı oynadıq. Düzdü, bəzi səhvlər etdik. Amma ümumi götürsək, vacib olan 3 xal idi ki, bunu da qazandığımıza görə xoşbəxtəm”.
Fanat.Az