“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.
Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.
2005/06Turan (Tovuz)70
2006/07Turan (Tovuz)60
2007/08Turan (Tovuz)251
2008/09Turan (Tovuz)130
2008/09Qəbələ100
2009/10Qəbələ273
2010/11Turan (Tovuz)312
2011/12Qəbələ211
2012/13Qəbələ70
2013/14Sumqayıt220
2014/15Sumqayıt290
2015/16Sumqayıt330
2016/17Sumqayıt190
Cəmi 2507
Fanat.Az