18:18 02.03.2017 675

“Bunları şou yaratmaq üçün etmirəm” - “Kəpəz”in legioneri

“Son uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışırıq, xarakter göstəririk. Bütün gücümüzü ortaya qoyaraq əzmkarlıq  hesabına nəticə əldə etmək istəyirik”. 


Fanat.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Dario Frederiko klubun saytına açıqlamasında deyib. 


Braziliyalı hücumçu nəticələri yaxşılaşdırmağa çalışacaqlarını bildirib: “Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi. Bu xallar qarşıdakı görüşlərə motivasiya verəcək. Oyundan-oyuna daha yaxşı oynamağa çalışır, əvvəlki nəticələri unutdurmaq istəyirik. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu üzdən Premyer Liqada keçirəcəyimiz növbəti oyunlara daha ciddi, məsuliyyətli yanaşırıq”.

 

“Kəpəz”in mart ayında çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə olacaq. “Sarı-göylər” ardıcıllıqla AZAL, “Zirə” və “Sumqayıt”la qarşılaşacaq: “Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 matçda maksimum nəticəyə ümid edirik. “Qəbələ” ilə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda bizi yalnız qələbə qane edir. Bu, bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.

 

Dario braziliyalılara xas tərzdə texnikası ilə seçilir. O, sağ və sol cinahdan sürətli keçidləri ilə rəqib komandalara təhlükəli anlar yaşatmaq qabiliyyətinə malikdir. O, bu barədə deyir:  “Yaxşı başa düşürəm ki, azarkeşlər driblinqləri, fintləri çox sevirlər, amma mən bu hərəkətləri sırf şou yaratmaq üçün etmirəm. Texnikalı futbola üstünlük verirəm. Texnika mənim ən güclü tərəfimdir, ona görə də bir-birə epzidolarda qarşımdakı futbolçunu aldatmağa, rəqib qapısı önündə təhlükə yaratmağa çalışıram. Bunu komandama kömək etmək üçün edirəm, alqışlanmağa görə yox”. 

 

Frederiko Gəncə publikasının əv sevimli oyunçularındandır. Azarkeş – Dario sevgisi həm də qarşılıqlıdır: “Azarkeşlərin məni belə sevməsi çox xoşdur, hər zaman dəstək verirlər. Onların sevimlisi olmaq mənim üçün olduqca qürurvericidir. Eyni münasibəti mən də fanatlara bəsləyirəm. İlk növbədə biz hamımız “Kəpəz”in uğurları üçün çalışırıq. Məşqçilər, futbolçular, klub rəhbərliyi və təbii ki, fanatlar eyni yolda uğura doğru addımlayır. Azarkeşlər bizim “12-ci oyunçu”muz hesab olunurlar. Onlarsız bizə çətin olar”.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X