U-19 liqasında XXII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadlıqovun çalışdırdığı "Qarabağ" AZAL-la qarşılaşıb. Oyunda 7 qol vurulub və "Qarabağ" 7:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" 22 turdan sonra 59 xalla turnir cədvəlinə başçılıq edir. 2-3-cü pillələri tutan "Neftçi" və "Zirə"nin 51 xalı var.
Turun digər oyunları bu nəticələrlə yekunlaşıb:
Neftçi İK İB - Sumqayıt 2:0
Şərurspor - Qəbələ 0:8
Vətən - Kəpəz 3:0
İnter - Zirə 1:5
Neftçi - Turan 5:0
Fanat.Az