Milli komandamızın baş məşqçisi Robert Prosineçki Qətərlə oyun üçün heyəti açıqlayıb. Fanat.Az xəbər verir ki, 23 nəfərlik siyahıda Cavid Hüseynov da yer alıb.
"Qəbələ"nin futbolçusu sonuncu dəfə 2015-ci ilin 12 iyununda "AVRO-2016"nın seçmə mərhələsi çərçivəsində Norveçlə keçrilən oyunun iştirakçısı olub. Yenidən yığmaya çağrılan Cavid martın 9-da Qətərlə baş tutacaq qarşılaşmada meydana çıxsa, 635 gün sonra milli formanı geyinəcək.
Fanat.Az