15:43 03.03.2017 707

4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qətərlə martın 9-da Dohada keçiriləcək yoxlama oyunu üçün millinin əsas heyətini açıqlayıb.


23 nəfərlik bu heyətdə 4 yeni futbolçu var: “Qarabağ”ın milliləşdirilən braziliyalısı Riçard  Almeyda, onun komanda yoldaşı Şahruddin Məhəmmədəliyev, “Qəbələ”dən Tellur Mütəllimov və “İnter”dən Abbas Hüseynov.


Heyədəki digər 19 futbolçu da bizə yaxşı tanışdı və bu mənada, onların milliyə dəvət edilməsində qeyri-adi nəsə axtarmağa gərək olmazdı. Əgər heyətə bu dəfə də o futbolçu  – Prosineçkinin “balaca qardaşı” Arif Daşdəmirov dəvət edilməsəydi…


Statistikaya diqqət edək. Arif Daşdəmirov Topaz Premyer Liqada son dəfə meydana dörd ay əvvəl, daha dəqiqi, 2016-cı ilin noyabrın 19-da “Qarabağ” – “Kəpəz” oyununda çıxıb. Bu qarşılaşmadan 1 həftə əvvəl millinin dağıstanlı legioneri Belfatsda Şimali İrlandiya ilə matçın  əsas heyətində yer alıb və etdiyi kobud səhvlərə görə komandamızın 0:4 hesablı məğlubiyyətinin əsas səbəbkarlarından olub. 24 noyabr, 2016-cı ildə Avropa Liqasının “Slovan” – “Qarabağ” görüşündə isə Daşdəmirov yenə biabırçı səhvlər edib və nəticədə Ağdam klubu 0:3 hesabı ilə uduzub.


Məhz bu uğursuz çıxışından sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Daşdəmirovu əsas heyədən kənarlaşdırıb və o, bir qayda olaraq ehtiyat oyunçular skamyasında oturub. O vaxtdan bəri Daşdəmirov rəsmi oyunda bir dəqiqə (!) olsa belə, meydana çıxmayıb… Buna baxmayaraq, Prosineçki milliyə və “Qarabağ”a yaramayan bu futbolçunu yenə əsas komandaya dəvət edib.


Sual olunur, niyə?


“Qarabağ”da həm Arif, həm də İlqar Qurbanov müdafiənin sağ cinahında oynayır. İlqar Qurbanov son turlar uğurlu oyunu ilə müntəzəm olaraq ilk 11-likdə alır və əsas rəqibi Arifi start heyətdən kənarlaşdırmağı bacarıb. Məntiqlə baş məşqçi bu halda ehtiyat heyətin “daimi sakini” Arifə deyil, əsas heyətdə oynayan İlqara dəvət göndərməliydi.


Amma…


Anormal qərarı Prosineçki də verə bilər. Bəlkə heç anormal qərar da deyil. Bəlkə məhz elə düşünülmüş, şüurlu şəkildə verilən qərardı bu?


Məlum, Dağıstandan yığmamıza cəlb olunan xeyli milliləşdirilmiş oyunçu var. Və onlardan Arif də daxil olmaqla, düz 5 nəfəri (Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və yenə həmin Arif Daşdəmirov) Qətərlə oyuna çağırılıb. Bu futbolçulardan millimizə layiq olanları var. Məsələn, Bədavi Hüseynov, maksimum da Ruslan Qurbanov. Bəs digərləri? 


Prosineçki Ariflə yanaşı qapıçı Şahruddin Məhəmmədəliyevə də dəvət göndərib. Görəsən, başqa bir istedadlı yerli futbolçumuz, bu mövsüm normal oyun sərgiləyən Aqil Məmmədov dura-dura Prosineçki başqa bir dağıstanlı oyunçuda nə görüb?


Ümumiyyətlə, o, niyə başqa respublikaların futbol məktəblərinin yetirmələrini milliyə dəvət edir? AFFA-da hansısa gözəgörünməz qrupun diqtəsiylə?


Bu gün 4 aydı heç yanda oynamayan, oynayanda belə milliyə ancaq zərər vuran Arif Daşdəmirov kimi futbolçular ölkənin əsas komandasına cəlb olunurlar. Və bütün bu anormal qərarlardan sonra biz yenə də "Niyə də yox" deyirik...


Görün, kimlərlə və hansı futbol ağlı ilə dünya çempionatına düşməyin xəyallarını qururuq...


Aydın Bağırov

Qol.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X