Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında XXI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, III dövrənin son turu iki qarşılaşma ilə başlayıb.
Çempionatın lideri “Qəbələ” Bakıda “İnter”in qonağı olub. Meydan sahibləri bu matçda 1:0 hesablı qələbə qazanıb.
Liderin izləyicisi “Qarabağ” isə 3 xala sevinib. Ağdamlılar Sumqayıtda eyniadlı komandadan güclü olub - 2:0.
Qalan iki qarşılaşma bu gün baş tutub. "Neftçi" "Zirə"nin qonağı olub. 6 qolun vurulduğu oyunda "ağ-qaralar" 5:1 hesablı qələbə qazanıb.
"Kəpəz" isə AZAL-ı sınağa çəkib. Gəncə klubu doğma meydanda 2:0 hesablı qələbəyə sevinib.
Əvəzedicilərin çempionatı
XXI tur
3 mart
Sumqayıt - Qarabağ 0:2
Qollar: Əli Əliyev, 41. Famin Əliyev, 90+1.
İnter - Qəbələ 1:0
Qol: Əlibəy Məmmədli, 8.
4 mart
Neftçi - Zirə
Qollar: Vüsal Hüseynov, 14. Ruzigar İbrahimov, 20. Anton Krivotsyuk, 50. Aqşin Qurbanlı, 80-pen. Bahadur Həziyev, 84 - Müşviq İlyasov, 68.
Kəpəz - AZAL 3:0
Qollar: Sahib Abbasov, 15; 85.
Fanat.Az