Premyer Liqada XXI tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçrilib.
Sumqayıtda yerli komanda “Qarabağ”ı qəbul edib. Ötən tur “İnter”ə məğlubiyyətdən sonra liderdən 1 xal geri düşən ağdamlılar dördüncülük mübarizəsi verən “kimyaçılar”ı darmadağın edib - 4:0. Hesabı 23-cü dəqiqədə Migel Madera açıb. İlk yarının son dəqiqəsində millimizin yeni üzvü Riçard Almeyda penaltidən fərqlənib. 4-cu dəqiqədə Muarem Muarem, 60-cı dəqiqədə Bədavi Hüseynov rəqib qapısına yol tapıb. Bununla da "Qarabağ" ən azı "İnter" - "Qəbələ" matçının sonuna qədər liderlyi ələ keçirib.
Lakin "Qəbələ" "Qarabağ"ın birinci pillədə uzun müddət qalmasına imkan verməyib. "Qırmızı-qaralar" səfər matçında "İnter"i 2:0 hesabı ilə yenib. Hesabı 70-ci dəqiqədə Tellur Mütəllimov açıb. 81-ci dəqiqədə isə Daniel Subotiç fərqlənib. Bununla da "Qəbələ" ötən tur "Qarabağ"ı yenən "İnter"dən üstün olaraq birinci pilləni bir neçə saatlıq fasilədən sonra ələ keçirib.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XXI tur
4 mart
Sumqayıt - Qarabağ 0:4
Qollar: Migel Madera, 23. Riçard Almeyda, 45-pen. Muarem Muarem, 49. Bədavi Hüseynov, 60.
Sumqayıt: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 10. Məhəmməd Qurbanov, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 20. Fərhad Qıstarov, 42. Kamran Abdullazadə, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Sumqayıt şəhər stadionu.
20.00 İnter - Qəbələ 0:2
Qollar: Tellur Mütəllimov, 70. Daniel Subotiç, 81.
İnter: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 2. Sertan Taşkın, 88. Məmməd Quliyev, 98. Qara Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 6. Rəşad Sadiqov, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 18. Baqali Dabo, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"İnter Arena".
1. Qəbələ21137141:1146
2. Qarabağ21143436:1145
3. İnter2199331:2136
4. Zirə2075818:2126
5. Sumqayıt2167820:2825
6. Neftçi20621215:3320
7. Kəpəz2038913:2317
8. AZAL2015148:348
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter)- 7.
Fanat.Az