Premyer Liqada XXI tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Dövrənin son günü autsayderlərin dueli ilə başlayıb. Bu il qələbə qazana bilməyən “Kəpəz”lə AZAL Gəncədə üz-üzə gəlib. Tərlan Əhmədovun yetirmələri 6 turluq məğlubiyyət seriyasını səfərdə dayandırıbsa, qərblilər 7 turdu həsrət qaldıqları qələbəsizliyə azarkeşləri önündə son qoya bilməyib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 38-ci dəqiqədə meydan sahiblərindən Şəhriyar Əliyev açıb. 90-cı dəqiqədə isə qonaqlardan Vaqif Cavadov fərqlənib. Bu Cavadovun AZAL-dakı ilk qolu olub.
Çempionatın III dövrəsi paytaxt derbisi ilə yekunlaşıb. İlin ən yaxşıları arasında olan “Neftçi” və “Zirə” 8-ci km stadionunda qarşılaşıb. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblərin duelinin dəyəri hər iki komanda üçün yüksək idi. “Neftçi” heç vaxt çempionat oyununda zirəlilərə qalib gəlmədiyindən Elxan Abdullayevin yetirmələri sindromu qırmaq istəyirdi. Bu, “ağ-qaralar”ı Avropaya aparan 4-cü yerə daha da yaxınlaşdıracaqdı. Ayxan Abbasovun komandası isə üç turluq məğlubiyyətsizliyi davam etdirmək üçün mübarizə aparırdı.
Hər iki komandanın iddialı olduğu matçda qonaqlar 3 xala sevinib. Düzdü, hesabı 60-cı dəqiqədə meydan sahiblərindən Daniel Seqovia açıb. O, penaltini dəqiq yerinə yetirib. Amma "Neftçi"nin sevinci iki dəqiqə çəkib. 62-ci dəqiqədə qapıları səhv salan Georgi Navalovski "Zirə"ni sevindirib. Qonaqlar 79-cu dəqiqədə Milan Duriçin vurduğu qol sayəsində qələbəni bayram edib - 2:1.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qarabağ" səfərdə "Sumqayıt"ı 4:0, "Qəbələ" "İnter"i 2:0 hesabı ilə yenib.
Onu da qeyd edək ki, III dövrənin oyunlarından sonra Premyer Liqada çox qısa fasilə yaranacaq. Azərbaycan millisinin Qətərlə yoxlama matçı ilə əlaqədar növbəti tur gələn həftəsonu deyil, martın 13-də başlayacaq.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XXI tur
5 mart
Kəpəz - AZAL 1:1
Qollar: Şəhriyar Əliyev, 38 - Vaqif Cavadov, 90.
Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 77. Serjio Kosta, 19. Orxan Əliyev, 10. Dario Federiko, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 68. Əli Nuri, 7. Vüqar Bəybalayev.
Baş məşqçi: Şahin Diniyev.
AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 44. Omeqa Roberts, 5. Kamil Hüseynov, 91. Mehdi Taouil, 7. Kamal Mirzəyev, 21. Samir Məsimov, 8. Sadio Tounkara, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 3. Tural Hümbətov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu.
Neftçi - Zirə 1:2
Qollar: Daniel Seqovia, 62-pen - Georgi Navalovski, 62 (avtoqol). Milan Duriç, 79.
Neftçi: 53. Maksim Vaylo, 26. Kamal Qurbanov, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov.
Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 95. Elvin Bədəlov, 9. Uqo Barqas, 11. İqnasio Herrera Fernandes, 13. Murad Ağayev, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli.
Baş məşqçi: Elxan Abdullayev.
Zirə: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 7. Amadu Sanqar, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 26. Georgi Qorozia, 38. İlkin Muradov, 92. Cavid Tağıyev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Şaiq Həmidov.
8-ci km stadionu.
1. Qəbələ21137141:1146
2. Qarabağ21143436:1145
3. İnter2199331:2136
4. Zirə2185820:2229
5. Sumqayıt2167820:2825
6. Neftçi21621316:3520
7. Kəpəz2139914:2418
8. AZAL2116149:359
Fanat.Az