20:35 05.03.2017 688

“Qarabağ”a oyun verənə də Allah lənət eləsin" - Ayxan Abbasov

Premyer Liqanın XXI turunda səfərdə “Neftçi”yə qalib gələn (2:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.


- Belə gərgin oyundan sonra danışmaq çətindi. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Bu oyuna ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də biz yaxın idilər. Bu oyunda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumdan qələbə qazanmağımız daha sevindirici oldu. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram.


- Demək olar ki, “Zirə” böyük ölçüdə 4-cü yeri təmin edib?

- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. 3-cü dövrədə 14 xal topladıq. 4-cü dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldu, dəqiq heç nə demək olmaz.


- Millinin oyunlarıyla bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiz?

- 5 futbolçumuz millilərin düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncədə “Kəpəz”ə qarşıdı. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdı. Hətta sonuncu yerdə gedən komandayla oynayanda da var gücünü qoymalısan ki, qalib gələsən.


- Nurlan Novruzovla Murad Səttarlının “18”-likdə olmaması nə ilə bağlı idi?

- Bu, sadəcə komandadakı rəqabətlə bağlıdı. Komandada güclü rəqabət var. Buna görə, kiminsə kənarda qalması normaldı.


- “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi sizi narahat etmir ki?

- Düzdü, “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onlar tərəfdən üstünlükdü. Ancaq biz öz işimizi görürük. Sonu necə olacaq, mövsümün sonunda biləcəyik.


- Bir qədər aqressiv görünürdüz...

- Komandanın oyunundan razı qalsam da, oyun zamanı bəzi epizodlardan narazı qaldım. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü azarkeşlər həəmişə haqlıdı. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Onların guya “Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdı. Bu məsələdən bezmişəm. “Qarabağ”a oyun verənə də Allah lənət eləsin. Artıq bu mövzunu bağlayaq. Pisdi “Zirə” kimi komandanın olması? Onsuz da komanda azdı. Sponsorlar “Zirə”ni atsa, sevinəcəklər?


- Düşünmürsüz ki, bu söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə “Zirə” “Qarabağ”ı məğlub etməlidi?

- Bu, futboldu. Düzdü, oyunçular “Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu, təkcə bizə aid deyil.


- Başqa oyunlarda da bu cür atmacalar olur?

- Belə olmurdu. Birinci dəfədi bu cür sözlərlə rastlaşıram.


- Oyunçuların “Qarabağ”dan qorxduğunu dediz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orda necə olacaq?

- “Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandı. Biz “Qarabağ”, “Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komandayla bizim aramızda heç bir yaxınlıq yoxdu. Dostluq, qardaşlıq başqa şeydi. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdu.


- Kamal Bayramovun oyunu belə deməyə əsasə verir ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?

- Anar qırmızı vərəqylə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidi. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq. (Komanda.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X