"Atletico Madrid"in baş məşqçisi Diego Simeone Falkaoun komandadan ayrılmasına münasibət bildirib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Simeone "Monaco"ya transfer olan Radamel Falkaonun yoxluğunun özləri üçün ciddi çətinlik meydana gətirə biləcəyini söylədi: "Radamelin bacardıqları həqiqətən inanılmaz idi. Onun boşluğunu necə dolduracağımızı bilmirəm. Statistikalarına baxdığımızda, Falkaonun qeyri-adi bir oyunçu olduğunu görə bilirik".
İdman24.az