Ukrayna çempionatında XXI tura start verilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi “Stal” “Çernomorets”in qonağı olub.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətdə çıxan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, hesabında 21 xalı olan “Stal” 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, hazırda "Qəbələ"yə başçılıq edən Roman Qriqorçuk 2010-2014-cü illərdə “Çernomorets”i çalışdırıb .
Fanat.Az