"Zirə" itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov Milan Duriçin xidmətindən məhrum olub.
Belə ki, serb yarımmüdafiəçi cəzalı duruma düşüb. "Kəpəz"lə oyunun 23-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan "Milan" sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 4-cü "sarı"nı alan futbolçu XXIII turda "Qarabağ"a qarşı oynamayacaq.
Fanat.Az