Premyer Liqada XXII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə liderlər meydana çıxıb.
“Qarabağ” çempionatın autsayderi AZAL-ı qəbul edib. "Təyyarəçilər" ağdamlılar üçün çətin rəqib hesab olunmurdu. İki komanda arasındakı oyunlara nəzər salanda bunun o qədər də çətin olmayacağını düşünmək olardı. Geridə qalan üç dövrədə rəqibinə şans verməyən (6:0, 1:0, 2:1) "Qarabağ" çempionluq uğrunda gedən qızğın mübarizədə xal itirmək haqqında düşünmürdü ki, Qurban Qurbanovun yetirmələri proqnozları doğruldaraq 1:0 hesablı qələbə sayəsində ən azı "Neftçi" - "Qəbələ" matçınnı sonunadək liderliyi ələ alıb. Matçın yeganə qoluna 68-ci dəqiqədə Dino Ndlovu imza atıb.
Ağdam təmsilçisi liderliyi ələ keçirdiyindən “Qəbələ” mövqeyini qaytarmaq üçün mütləq qalib gəlməli idi. Roman Qriqorçukun yetirmələri kifayət qədər çətin sınağa çıxmışdı. Mövsümün ilk yarısında iki dəfə darmadağına üzülən “Neftçi” bu dəfə rəqibinə məğlubiyyət acısı yaşadıb. Elxan Abdullayev yetirmələri “Sumqayıt”ın məğlubiyyətindən yararlanaraq “kimyaçılar”a bir az da yaxınlaşmaq üçün doğma meydan amilindən yararlanmağa nail olub. Cari mövsümdə "Neftçi"yə 8:0, 4:1 və 1:0 hesabı ilə qalib gələn "Qəbələ" bu dəfə məğlub olub - 0:1. Matçın yeganə qoluna 39-cu dəqiqədə Namik Ələsgərov vurub.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Kəpəz" "Zirə"ni, "İnter" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.
Premyer Liqa
2016/17 mövsümü
IV dövrə, XXII tur
14 mart
17.00 Qarabağ - AZAL 1:0
Qol: Dino Ndlovu, 68.
Qarabağ: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 21. Samir Məsimov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu, 6. Bəxtiyar Soltanov, 37. Fərid Abbaslı.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Xaqani Məmmədov.
Suraxanı qəsəbə stadionu.
Neftçi - Qəbələ 1:0
Qol: Namiq Ələsgərov, 39.
Neftçi: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 8. Zdenek Folprext, 9. Uqo Barqas, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Elxan Abdullayev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 4. Rafael Santos, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 9. Sergey Zenyov, 13. Murad Musayev, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şaiq Həmidov.
8-ci km qəsəbə stadionu.
1. Qarabağ22143435-1148
2. Qəbələ22137241-1246
3. İnter22109332-2139
4. Zirə2285920-2329
5. Sumqayıt2267920-2925
6. Neftçi22721317-3523
7. Kəpəz2249915-2421
8. AZAL2216159-369
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter) - 7.
Fanat.Az