AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
* “Səbail” - “Turan Tovuz” matçının 90+2 - ci dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
* “Energetik” - “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
- Oyunun 90+3-cü dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).
* “Qaradağ Lökbatan” - “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
* MOİK - “Rəvan” matçının 65-ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
* “Bakılı” - “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Fanat.Az