Premyer Liqada XXIII tura start verilib. Fanat.Az xəbər verir ki, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki oyun baş tutub.
Tura Gəncədə start verilib. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan “Kəpəz” avrokubok arzusunda olan “Sumqayıt”ı qəbul edib. Ardıcıl 4 matçdı uduzmayan Şahin Diniyevin yetirmələri meydana 3 xal üçün çıxıb və buna nail olaraq ardıcıl 2-ciqələbəsini qazanıb. Samir Abasovun komandası isə üç turluq xal həsrətinə son qoya bilməyib. Gəncədəki oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 45-ci dəqiqədə Dario Federiko imza atıb.
Qeyri-adi vaxtda başlayan turun mərkəzi oyununda “Neftçi” “İnter”i sınağa çəkib. 80 illik yubileyini qeyd edən “ağ-qaralar” yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də meydana çıxıb. Bir sıra yubiley aksiyalarının keçrildiyi matçda "Neftçi" 3 xalı aktivinə yazıb - 2:1. Hesabı 42-ci dəqiqədə Uqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. Bir dəqiqə sonra Nizami Hacıyev fərqi azaltsa da, "İnter"in bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, turun son oyunları sabah keçriləcək. "Qəbələ" AZAL-ın, "Qarabağ" "Zirə"nin qonağı olacaq.
Premyer Liqa
2016/17 mövsümü
IV dövrə, XXIII tur
18 mart
Kəpəz - Sumqayıt 1:0
Qol: Dario Federiko, 45.
Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 10. Dario Federiko, 77. Serjio Kosta, 18. Tural Axundov (k), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 7. Vüqar Bəybalayev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 16. Emin Zamanov.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 92. Mehdi Cənnətov, 5. Seymur Əsədov, 7. Sergey Çernışev, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 74. Yusif Nəbiyev, 85. Xaliq İbrahimov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu.
Neftçi - İnter 2:1
Qollar: Uqo Barqas, 42. Rəhman Hacıyev, 70 - Nizami Hacıyev, 71.
Neftçi: 1. Boban Baykoviç, 2. Məqsəd İsayev, 3. Ruslan Abışov (k), 4. Kiril Petrov, 5. Georgi Navalovski, 6. Tərzin Cahangirov, 7. Namiq Ələsgərov, 8. Zdenek Folprext, 9. Uqo Barqas, 10. İqnasio Herrera Fernandes, 11. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 16. Maksim Vaylo, 12. Daniel Seqovia, 13. Jairo Rodriges Filyo, 14. Elvin Bədəlov, 15. Mahir Şükürov, 17. Rəhman Hacıyev, 18. Murad Ağayev.
Baş məşqçi: Elxan Abdullayev.
İnter: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 33. Tərlan Quliyev, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev (k), 6. Samir Zərgərov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena".
1. Qarabağ22153437-1148
2. Qəbələ22137241-1246
3. İnter23109433-2339
4. Zirə2285920-2329
5. Neftçi23821319-3626
6. Sumqayıt23671020-3025
7. Kəpəz2359916-2424
8. AZAL2216159-369
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter) - 7.
Fanat.Az