Premyer Liqada XXII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, turun son iki oyununun heç birində qalib müəyyənləşməyib.
Son gün “AZAL Arena”da başlayıb. Çempionatın autsayderi olan AZAL liderliyi qaytarmağa iddialı “Qəbələ”ni qəbul edib. 8 matçdı qələbə həsrətində olan Tərlan Əhmədovun yetirmələri ilk dövrədəki kimi rəqibini büdrətməyi bacarıb. Görüşdə hesabı qonaqlar açsalar da, son dəqiqələrdə Kvirtiyanın vurduğu qol "təyyarəçilər"ə bir xal qazandırıb.
Tura Zirədə yekun vurulub. Çempionatın lideri “Qarabağ” özü üçün asan rəqib olan “Zirə”nin qonağı olub. Ardıcıl 4-cü çempionluq iddiasında olan əyalət klubu gözlənilmədən "Zirə" ilə heç-heçə edib. Meydan sahibləri matçın gedişində azlıqda qalsa da, Qurban Qurbanovun komandası təxminən yarım saat ərzində 10 nəfər qalmış rəqibinin qapısına yol tapa bilməyib.
Qeyd edək ki, turun iki oyunu dünən keçdilib. "Kəpəz" "Sumqayıt"ı 1:0, "Neftçi" "İnter"i 2:1 hesabı ilə yenib.
Premyer Liqa
2016/17 mövsümü
IV dövrə, XXIII tur
19 mart
Zirə - Qarabağ 0:0
Zirə: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 10. Elvin Məmmədov (k), 7. Amadu Sanqar, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 26. Georgi Qorozia, 17. Vüsal İsgəndərli, 9. Nurlan Novruzov, 87. Müşfiq İlyasov.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 5. Maksim Medvedev, 15. Rahid Əmirquliyev, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov.
Baş məşqçi: Qurban Qurbanov.
Qırmızı vərəqə: Akim Latifu, 67.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Zirə İdman Kompleksinin stadionu.
AZAL - Qəbələ 1:1
Qollar: Nuqzar Kvirtiya, 90 - Tellur Mütəllimov, 52.
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 70. Vaqif Cavadov, 6. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 55. Qeyrət Qənbərov, 21. Samir Məsimov, 16. Feyzi Aşkan, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Urfan Abbasov (k), 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 32. Rəşad Eyubov, 77. Araz Abdullayev.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
“AZAL Arena”.
1. Qarabağ23154437-1149
2. Qəbələ23138242-1347
3. İnter23109433-2339
4. Zirə2386920-2330
5. Neftçi23821319-3626
6. Sumqayıt23671020-3025
7. Kəpəz2359916-2424
8. AZAL23171510-3710
Qollar: Filip Ozobiç (Qəbələ) - 11.
Fanat.Az