Almaniya Futbol İttifaqının (DFB) yaydığı xəbərə görə, sabah futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Almaniya oyununa tamaşa etmək məqsədilə 19 azərbaycanlı bu quruma bilet üçün müraciət edib.
Sosial şəbəkədə yayılan və DFB-yə istinad edilən məlumata əsasən bildirir ki, Almaniya Futbol İttifaqı müraciətə müsbət cavab verib.
Beləliklə, sabah saat 20-də Bakıda başlayacaq oyunda 19 azərbaycanlı tribunaların Almaniya millisninin azarkeşləri üçün ayrılmış sektorunda rəqib komandanı dəstəkləyəcək.
Fanat.Az