22:20 25.03.2017 606

"Almaniyaya qarşı oynamağın yolunu tapmışam" - Robert Prosineçki

"Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Bir həftədir birgəyik. Məşq prosesindən tam razıyam. Almaniyanı təhlil etməyə çox vaxt lazımdır. Əlimizdən gələni edəcəyik ki, belə bir rəqib sabah heç nə edə bilməsin".


Bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Almaniya yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib. Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.


- Start heyətini müəyyənləşdirmisiniz?

- Bundan vacib sual yoxdur? Gözləyirdim ki, bu sualı axırda verəsiniz.


- Almaniyaya qarşı hansı oyun üslubuna üstünlük verəcəksiniz?

- İngiltərə - Almaniya oyununu izləmişik. "Bundestim"də top-klublarda, Çempionlar Liqasında çıxış edən futbolçular var. Onların yalnız taktiki-texniki yox, fiziki durumları da çox güclüdür. Komandama tapşırıq vermişəm. Əks-hücum da olacaq, başqa yolu da var. Amma onu açıqlamaq istəmirəm. Elə edəcəyik ki, rəqib bizə asanlıqla oyun sərgiləməsin.


- Komandanızın fiziki vəziyyəti qaydasındadır?

- Komandamızın məşq prosesinə söz ola bilməz. Onların hamısının fiziki durumundan razıyam. Motivasiyaya gəldikdə, belə rəqibə qarşı oynamaqdan güclü motivasiya ola bilməz. Ona görə də futbolçularıma bu barədə danışmağa ehtiyac yoxdur.


- Hava toplarındakı problemlər həllini tapıb?

- Almaniya yığmasına qarşı təkcə uzun ötürmələrlə yox, sürətli futbol oynamır. Amma mən öz komandama, əzmkar futbol sərgiləyəcəyimizə inanıram.


- Heyətdə görmək istədiyiniz, amma cəlb edə bilmədiyiniz futbolçu var?

- Bu suala açıq cavab verəcəyəm. Maksim Medvedevin fiziki durumu əsas heyətdə meydana çıxmağa imkan vermir. Sabahkı oyuna - 100 faiz sağlam futbolçular çıxacaq. Ona görə də bəli, elə futbolçular var ki, heyətdə görə bilməyəcəyik.


- Udsanız qəhrəman olacaqsınız, uduzsanız, adi qarşılanacaq. İndiyədək belə durumla qarşılaşmısınız?

- Məncə, bu hal Azərbaycan yığmasına aid deyil. Dünyada 100-dək ölkə yığması var ki, Almaniyadan xal almağı arzulayır. Biz də bunun üçün çalışacağıq.


- Sizcə, Kamran Ağayevin "Boavişta"da üzləşdiyi problemin səbəbi nədir?

- Biz tarix yazırıq. Biz San Marino, Norveç kimi komandalara əsas heyətə düşə bilməyən qapıçı ilə çıxış etmişik. Səlahət Ağayev zədəli olduğu üçün çağıra bilməmişik. Kamran Ağayev bir çox oyunlarda komandamızı xilas edib. Bütün xidmətlərini nəzərə alaraq, ona əsas heyətdə yer vermişik. Kamranın "Boavişta"da əsas heyətə düşə bilməməsinin səbəbini isə özü daha yaxşı bilər. Oyunçular belə məsələlərdə baş məşqçini səbəbkar göstərirlər. Ümid edirəm ki, yaxın zamanlarda özünə klub tapacaq.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X