“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk işini bəyəndiyi baş məşqçilərin adını açıqlayıb. Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis footboom.com-a açıqlamasında uğurlu çıxış edən komandaların baş məşqçilərinin işini bəyəndiyini deyib.
Qriqorçuk “Lester”dən istefaya göndərilən Klaudio Ranyeri və “Monako”nu çalışdıran Leonardo Jardimlə görüşməyə hazır olduğunu bildirib: "Mən seçim qarşısında olsam, Klauido Ranyeri və Leonardo Yardimi kofe içməyə dəvət edərdim. Ranyeri “Lester”ə tarixi ərzində ilk dəfə heç kimin gözləmədiyi çempionluğu yaşatdı. Jardim isə Çempionlar Liqasında İngiltərə nəhəngi “Mançester Siti”ni mübarizədən kənarlaşdırdı”.
Fanat.Az