10:48 30.03.2017 557

UEFA "Zirə"yə "yaşıl işıq yandırdı"

AFFA-nın Lisenziyalaşdırma Qrupu bəyanat yayıb. Fanat.Az xəbər verir ki, bəyanatda “Zirə”nin avrokuboklarda iştirak şansı qazandığı bildirilib.

  

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidi. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidi. 

 

Bu qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi. Lisenziyalaşdırma mövsümü olaraq UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyun ayında start verilir.

 

Premyer Liqa yarışlarında çıxış edən “Zirə” 2014-cü il  iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış qəsəbə təmsilçisi yuxarıda qeyd edilmiş qaydada əks olunan  müddətdən az fəaliyyət göstərdiyindən qitə futbol qurumunun lisenziyasını ala bilməyib.

 

UEFA-nın klub yarışlarının mövsümün iyun ayında başlaması və “Zirə”nin 2014-cü ilin iyul ayında təsis olunması nəzərə alınaraq, klubun növbəti mövsümə qədər olan fəaliyyəti qaydalarına əsasən 3 ildən az hesab olunur.

 

Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə “Zirə”yə güzəştli istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Zirə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında assosiasiyaya təqdim olunmasını tələb edib. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Zirə” 2017-18-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir.

 

UEFA-nın qərarı “Zirə”nin avtomatik UEFA lisenziyası alması anlamına gəlmir və klub növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən bütün sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir.

 

2017-18-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin may ayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək.

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

Facebookdan bizi izləməyi unutmayın.
X