21:49 05.04.2017 921

Abdullayev mətbuatı və Süleymanovu gühankar çıxartdı: "Azarkeşləri saymıram"

“Bu gün çox gözəl oynadıq. Təəssüf ki, ilk görüşdə lazımi nəticəni qazana bilməmişdik”. Bu sözlər “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevə məxsusdu.

 

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyununda evdə 2 cavabsız qolla məğlub olan paytaxt təmsilçisi cavab matçında qolsuz bərabərliklə kifayətlənərək mübarizəni dayandırıb.

 

Abdullayev oyundan sonra keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Kubok iki oyundan ibarətdi. Gərək ilk matçda da belə çıxış edərdik. Yenə də komandama təşəkkür edirəm”.

 

- Qış fasiləsindən sonra “Neftçi” həm çempionatda, həm də kubokda Avroliqa şansını itirib...

- Mən söz verməmişdim ki, komandanı Avroliqaya çıxaracam. Söz vermişdim ki, bu vəziyyətdən çıxacağıq. Fikrimcə, bunu da bacardım. Hərdən Tahir Süleymanov yazır ki, “Neftçi” 15 futbolçu transfer edib. O qədər oyunçu birdən almamışıq, sadəcə, əvəzləmişik. Mən gələndən sonra 3 legioner artırmışıq. Bizim ən böyük problemimiz odu ki, 3 dəfə “İnter”i udmuşuq, “Qəbələ” və “Qarabağ”la heç-heçə etmişik. Biz “İnter”i yox, “Zirə”ni, “Sumqayıt”ı udsaydıq, indi onlar harda olardılar? Əsas rəqiblərimizə uduzmuşuq. Qışdan sonra 17 xal toplamışıq və hələ qarşıda 4 oyunumuz var. Avrokubok şansımız hələ bitməyib. Komandada inkişaf var. Komanda birdən-birə qurulmur, vaxt lazım olur. Sadəcə, bizdə stabillik çatışmır ki, bu da vaxtla düzəlir.

 

- Bəzi legionerlər icarə əsasında sizdə çıxış edir. Bu məsələ sizə problem yaratmayacaq?

- Hazırkı legionerlərimiz əvvəlkilərdən güclüdülər. Bəzi adamlar büdcəmizi sayır. Amma deyim ki, Şikovun burda aldığı pula indi 3 legioner oynayır. Flavinyo 800-900 min alırdı. Amma indi belə bir imkanımız yoxdu.

 

- Büdcədən danışdınız. Amma sizi məğlub edən “Sumqayıt” və “Zirə”nin büdcəsi daha azdı. Bu gün də azarkeşlər sizi istefaya səslədilər. Düşünmürsüz ki, işiniz fiaskoya uğradı?

- Xeyr. Mən onları azarkeş saymıram. Komandanı sevən fanat “istefa” qışqırmaz. 60-cı dəqiqədə “istefa” qışqıranı azarkeş saymıram. “Neftçi”nin sadiq azarkeşləri var, biz onlar üçün oynayırıq. Amma “Forza Neftçi” fan-klubunu azarkeş saymıram. Onlar gəlib meydanda xuliqanlıq edirlər.

 

- Düşünmürsüz ki, bu açıqlamanız sizə baha başa gələ bilər?

- Mən 14-15 yaşlı uşaqdan qorxmalıyam? Kim istəyir, gəlsin, başa salım. Arxamda durub söyüş söyürlər, işimə mane olurlar. Belə şey görməmişəm.

 

- Kamran Ağayev sizin maraq dairənizdədimi?

- Onun klubu ilə müqaviləsi davam edir. Mövsüm başa çatsın, ondan sonra baxmaq olar. Kamranı yaxşı qapıçı sayıram. Amma biz indi növbəti oyunu düşünürük.

 

- Komandanın oyunundan razı qaldığınızı dediniz. Amma bu gün nəticə lazım olduğu vaxtda hücumçunu hücumçu ilə əvəzlədiniz. Bunu necə başa düşmək olar?

- Oyunun təkrarına sabah yenidən baxın. Bilmirəm siz hansı gözlə baxırsınız. Siz azarkeş, mən isə məşqçi gözü ilə baxıram. İndi deyirəm ki, yaxşı oynadıq. Amma qol vursaydıq, əla olardı. Bizdə ağıllı adam çoxdu. Hərdən "Facebook"da görürəm, yazırlar ki, onun futbol savadı yoxdu. Siz baş məşqçi olsaydınız, kimi meydana buraxardınız? Danışmaq asandı. Mən də iki hücumçu ilə oynamaq istərdim. Amma limit problemi var. İki hücumçuya keçmək üçün əcnəbilərdən birini çıxarmalısan. Amma bu da mümkün deyil.

 

- “Neftçi” niyə xalqın sevgisini itirir?

- Azarkeşin 15-16 yaşı var. Onları öyrədən var. Gənc azarkeşlərə düz istiqamət göstərmirlər. Valideynlər diqqət versinlər ki, onlar nə işlə məşğul olurlar. Gənclərimizin futbola belə yanaşmasını istəməzdim. Onlar hələ istefanın nə olduğunu bilmirlər. “Qəbələ”ni məğlub edəndə məni dahi adlandıran sonra məğlub olanda deyir ki, səviyyəsizdi. Bu onun fikridi, hörmətlə yanaşmaq lazımdı. Bu gün 3:0 udsaydıq, Elxan Abdullayev böyük məşqçi adlanacaqdı? Belə düşüncə düzgün deyil.

 

- Açıqlamalarınızın birində qeyd etdiniz ki, qış fasiləsindən sonra əsas rəqiblərinizi məğlub etməsəniz kateqoriyanızı cıracaqsınız...

- İndi yazırlar ki, guya mən “Qarabağ”ı 3:0 udacağımızı demişəm. Kimə demişəm? Soruşdular ki, “Qarabağ” finaldadımı? Cavabım bu oldu ki, bizi niyə basdırırsınız, hələ şansımız var. Bilirəm ki, çətindi, amma şans var. Futbolçu o açıqlamaları oxuyur. Desəm ki, şansımız yoxdu, futbolçu hansı motivasiya ilə meydana çıxar? Mən özümü günahkar çıxrmıram. Mən “Neftçi”yə gələndə bəzi adamlar deyirdi ki, AZAL bizi keçməyəcək. Öz yolumla gedirəm və tələsmirəm. Məni tələsdirən də yoxdu. Qarşıma əvvəldən şərt qoyulsaydı, bəlkə də, komandaya gəlməzdim. Mənə dedilər ki, komandanı imkan daxilində düzəlt. Komandada nəyin çatmadığını bilirik. (Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X