10:32 06.04.2017 782

"Vəli Qasımov kimi sizi də göndərəcəyik"

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin "Qarabağ"la oyundan sonra azarkeşlərin ünvanına səsləndirdiyi fikirlər, bəzi fanatlara xuliqan deməsi cavabsız qalmayıb. Fanat.Az xəbər verir ki, baş məşqçinin ittihamlarını ünvanladığı “Forza Neftçi” fan-klubu rəsmi "Facebook" hesabı vasitəsi ilə ona cavab verib. Həmin açıqlamanı təqdim edirik: 


“Bizi azarkeş hesab etməyən çox hörmətli Elxan müəllim başda olmaqla, 80 illik bir tarixi olan, Azərbaycan futbolu deyəndə ağıla ilk gələn klubun bu halda olmağında əməyi keçən hər bir kəsə “Forza Neftçi” Azad Azarkeş Qrupunun adından, daha doğrusu, ömrünü “Neftçi”yə həsr etmiş “qeyri-azarkeşlər”in adından;

 

İl 2014. “Neftçi” - “Partizan”. Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması. Tarladan fərqi olmayan “Tofiq Bəhramov”da “Neftçi”nin “Partizan” tərəfindən məğlub edilməsini görmək heç də xoş deyildi. Daha sonra yeni mövsüm başladı. “Neftçi”nin oyununda kəskin bir eniş görsənirdi, lakin yanında hər gün daha da böyüyən “Forza Neftçi” var idi. Bəli, Elxan müəllim, bu, həmin “Forza Neftçi”dir ki, 2009-cu ildə 7 nəfərlə başlamışdı. Lakin çox qısa bir müddətə artıq ölkədə lider azarkeş qrupuna çevrildi.

 

İl 2015. Fevralın 15-i. “Qəbələ” - “Neftçi” oyunu. Bir avtobus “Neftçi” azarkeşi, Qəbələnin şaxtasına baxmayaraq, cibindən qəpik-quruşları bir araya gətirib yola düşdü Qəbələyə. İlk hissəni 1:0 hesabı ilə məğlub bitirdik. İkinci hissənin 50-ci dəqiqəsində, Qəbələnin -5 dərəcə soyuğunda məşəllər yandı və ya sizin dilinizlə desək, “Forza Neftçi” xuliqanlığa başladı, Qəbələ şəhərinin dumanına duman qatıldı. “Neftçi” ondan sonra 3 qol vurdu və həmin 3 qolun assistini biz azarkeşlər elədik. Oyundan sonra komanda dumanlı hava şəraitinə görə beş ulduzlu oteldə qalıb kef eləyəndə, bizlər canımızla qumar oynayıb, gecə Bakıya qayıtmışıq. İki saat da yer altı keçiddə uzanıb metronun açılmağını gözləmişik. Yenə həmin ilin 3 iyununda, yenə eyni şəhərdə kubok finalında “Qarabağ”a məğlub olduq. “Neftçi” ilk hissəni 0:2 hesabı ilə məğlub bitirəndə ac-yalavac çörəyini, suyunu bir-biri ilə bölən xuliqanların gözləri ağlamaqdan qıp-qırmızı qızarmışdı. “Neftçi”yə olan sevgimiz o qədər böyük idi ki, tərk etmədik, komanda meydanda məğlub olduqca, biz rəqiblərimizi tribunada məğlub edirdik.

 

İl 2016. Əsgər Abdullayevin başçılığı altında, can verən “Xəzər Lənkəran”ı illər sonra Lənkəranda məğlub edən, can verən “Neftçi” və onu tərk etməyən “Forza Neftçi” “qeyri azarkeş” qrupu. İlin ortasında onu göndərib sizdən qabaq “Neftçi”yə rəhbərlik edən Vəli Qasımovu gətirdilər posta. “Neftçi” get-gedə daha da batırdı. Amma bu uşaqlar - yeri gəlmişkən sizin “14-15 yaşlı” dediyiniz uşaqların əksəriyyəti tələbədir və ya işləyir, çoxu da ailə dolandırır - yemək-içməklərindən kəsib, Gəncəyə, Qəbələyə səfər pulu toplayıb hər yerdə “Neftçi”ni dəstəkləməyə davam ediblər. Bəli, bu həmin, sizin bəyənmədiyiniz, azarkeş olaraq saymadığınız o uşaqlardır ki, hal-hazırda ardıcıl 5-6 qələbədən sonra peyda olan “Neftçi” “azarkeşlərindən” fərqli olaraq, yağış, qar, isti, soyuq, palçıq demədən, ürəklərində olan “Neftçi” sevgisilə, ac-yalavac “Neftçi”nin izi ilə gediblər. Bu, həmin “Forza Neftçi” uşaqlarıdır ki, səfərə gedəndə bir “peraşki”ni on yerə bölüb yeyiblər, çörəklərini, sularını bölüşüblər. Siz isti avtobusunuzda, isti otaqlarınızda oturub kefinizi çəkəndə biz soyuq depolarda kareoqrafiyalarımızı çəkib, bannerlərimizi yazmışıq. “Qəbələ”dən Bakıda səkkiz top buraxanda da yanında olmuşuq komandanın, “Dalğa Arena”da AZAL-a məğlub olanda da və indi də yanındayıq, bundan sonra da yanında olacağıq.

 

Həmin Vəli Qasımov iyulun 22-də “Neftçi” “Şkendiya” səfərindən uğursuzluqla qayıtdıqdan sonra ona etirazını bildirməyə gələn və istefaya səsləyən azarkeşlərə “Siz yaxşı azarkeş deyilsiz” dedi. Vəli Qasımov hal-hazırda yoxdur, amma “Forza Neftçi” daha da böyüyüb və Azərbaycan tribunasının ağasına çevrilib. Siz də Vəli Qasımovun buraxdığı səhvi buraxdınız. Vəli Qasımovu komandadan göndərdiyimiz kimi, sizi də göndərəcəyik, biz isə aid olduğumuz yerlərdə - tribunalarda qalacağıq”.


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X