Bir zamanlar "Fənərbaxça"nın arxasınca qaçdığı ulduz oyunçunun gələn mövsüm "Sarı qırmızılı" klubda forma geymə ehtimalı var.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Montpellier" rəhbəri Luiz Nicolle Younes Belhanda üçün edilən və aralarında "Qalatasaray"ın da olduğu bəzi təklifləri qəbul etdiklərini açıqlayıb.
"Belhandanı 14-15 milyon avroya satacağıq. "Milan", "Inter", "Atletico Madrid", "Aston Villa" və "Qalatasaray"dan təklif aldıq və bu klublarla razılaşdıq. Artıq hara gedəcəyinə qərar vermək Belhandadan asılıdır", deyə o bildirib.
İdman24.az