15:44 13.04.2017 1062

"Azərbaycan futbolunun göylə gedən vaxtı deyil" - SORĞU

Azərbaycan Kubokunun final matçı mayın 5-də Naxçıvan şəhər stadionunda keçriləcək. Amma bu qərar birmənalı qarşılanmayıb.


Həm "Qarabağ"ın, həm də "Qəbələ"nin azarkeş qrupları bəyanat yayaraq matçın Muxtar Respublikada keçrilməsinə etiraz edib. Səbəb isə Naxçıvana gediş-gəlişin çətinliyidi. Təyyarə biletlərinin bahalığı azarkeşlərin səfərə çıxmasını əngəlləyən əsas səbəbdi. Naxçıvana quru yolla gediş-gəliş isə yalnız İrandan mümkündü ki, bu da böyük çətinliklər hesabına başa gəlir.


Bəs mətbuatın finalın Naxçıvanda keçrilməsinə münasibəti necədi? Bunun müsbət və mənfi tərəfləri hansılardı? Oyunun Muxtar Respublikada keçrilməsi jurnalistlərin işinə necə təsir edəcək? Bu və digər suallarla həmkarlarımıza müraciət etdik.


Elçin Cəlilov (Futbolpress.az): "Finalın Naxçıvanda keçirilməsi çox gözəl ideyadı. Buna qarşı olan azarkeşləri də qınamaq olmur. Çünki Naxçıvana quru yoluyla yalnız İrandan getməklə mümkündü - iki dəfə sərhəd keçərək. Bu da çətinliklər yaradacaq. Qalır hava yoluyla, o da bir nəfərçün gediş-gəliş 100 manat elə təkcə yolpulu edir. Bu cür detallar var ki, azarkeşləri narazı salıb. Lənkəran stadionu versiyası var, ancaq o da çox gec atıldı ortaya. Fikrimcə, hər iki klub azarkeşlərinin səfəri üçün xərcə düşməli olacaq. Öz imkanlarıyla gedən lap az olacaq".



Natiq Muxtarlı (Komanda.az): "Antalya bələdiyyəsi 3 milyon avro ödəyib İtaliya kubokunun finalını bu şəhərdə keçirmək istəyir. Onlar yaxşı bilirlər ki, Antalyaya gələcək italyan turistlər şəhərə bundan qat-qat artıq xeyir verəcəklər. Deməli, futbol həm də biznesdir, iqtisadiyyatın, turizmin inkişafına futbolla da töhfə vermək olar. Elə isə biz niyə bu imkandan yararlanmayaq? Axı final qarşılaşmasının Naxçıvanda keçirilməsi bu baxımdan Azərbaycana heç nə verməyəcək. Çünki Naxçıvana getmək imkanı yoxdur azarkeşlərin. Ancaq qarşılaşma Lənkəranda keçirilsə, minimum 10 min azarkeş cənub bölgəsinə səfər edəcək? Bilirsiniz bu nə deməkdir? Lənkəranın özünü demirəm, yol boyu yerləşən rayonlar da bir gündə ordan keçəcək 10 min azarkeşdən xeyir götürəcəklər. Bir gündə 10 min insanın Lənkərana səfər etməsi yerli turizmin inkişafına təkan baxımından böyük dəstək olardı. Ölkə prezidenti də turizmin inkişaf etdirilməsi üçün ard-arda sərəncamlar imzalayır. Görünür, final qarşılaşmasının Naxçıvanda keçirilməsi barədə qərar qəbul edənlər bu ölkədə yaşamırlar ki, bundan xəbərsizdirlər. Ya da onlar bu işə pəl vurmağa çalışırlar. PFL “xəyanət”ini ört-basdır etmək üçün 20-30 jurnalisti təyyarə ilə Naxçıvana apara bilər. Amma bununla iş bitmir axı. Bu oyundan Azərbaycan heç nə qazanmayacaq. Amma sağlam düşüncə ilə qərar verilsəydi, kubokun finalı həm də yerli turizm üçün yaxşı gəlir gətirə bilərdi. Təəssüf..."



Amal Abuşov (Sport7.az): "Kubokun Naxçıvanda keçirilməsiylə bağlı PFL-in gətirdiyi bütün arqumentlərlə tanışam. Və sözün düzü, hamısını başa düşmək, qəbul etmək mümkündü. Şübhə yoxdu ki, "yuxarıdan" AFFA-ya "finalı paytaxtdan kənarda keçirin" tapşırığı gəlib. Onlar bunu birbaşa dilə gətirə bilməsələr də, işarə vururlar. Anlayışla yanaşmaq lazımdı. Üstəlik, Naxçıvanın "böyük futbolu" hiss etməsi də yaxşı olardı. Əsas mənfi məqam azarkeşlərin ora getməsinin çətinliyidi. Buna da dözməli olacağıq. Rəsmən açıqlanmasa da, PFL-in jurnalistləri Naxçıvana aparması gözlənilir. Belədə hansısa çətinlikdən danışmağa dəyməz. Qlobal problem olmayacaq".



Elnur Məmmədli (CBC Sport): "Bu məsələyə bir mənalı münasibət bildirmək çətindi. Naxçıvan azarkeşlərinin də ən azı ildə bir dəfə böyük futbol bayramını yaxından izləməyə haqları var. Artıq bir neçə ildi ki, Naxçıvan əhalisi Azərbaycan çempionatını, Avropa Liqasında oynayan klublarımızı televiziya vasitəsi ilə izləyir. Eyni zamanda mən azarkeşləri və klubları da başa düşürəm. Əgər "Qəbələ"nin meneceri iki gün idi bilet tapıb Naxçıvana gedə bilmirdisə, deməli vəziyyət ciddidir. Bundan başqa, aydın məsələdi ki, azarkeşlərin 99 faizinn maddi imkanı yaxşı deyil. Ümid klublara qalır. Klub da 100 azarkeş aparsa, elə ancaq yol pulu ən azı 10 min manat edir. İndiki məqamda da heç bir komandanı buna məcbur etmək olmaz. İndidən proqnozlaşdırmaq olar ki, hər iki komandanın azarkeşləri stadionda çox az olacaq. Bu səbəbdən çətin final ab-havasını görək. Böyük ehtimalla, azarkeşlərin əksəriyyəti stadiona "Naxçıvan həqiqətləri" qəzeti ilə gələn neytral adamlar olacaq".



Aydın Bağırov (Qol.az): "Bir oyunu orda keçirib Naxçıvana futbol bayramı yaşatmaqdan əvvəl burda futbol klubu yaratmaq lazımdı. Bir oyunu keçirməklə nə Naxçıvanda futbol inkişaf edəcək, nə də insanların stadiona axını olacaq. Gedib orda bir futbol klubunu bərpa etsinlər, ona normal münasibət göstərsinlər, bəlkə bundan sonra futbol inkişaf edər. Bu qərarın ümumiyyətlə İslam Oyunları ilə də heç bir bağlılığı yoxdu. İcraiyyə Komitəsində kimsə belə bir təklif verib və onlar da kimsə xoş gəlmək üçün qəbul ediblər. Bu klubların özlərinə də sərf etmir. Bu qədər azarkeş Naxçıvana necə gedəcək? Yaxşı olar ki, fanatlardan daha çox klubun özü də oyunun yerinin dəyişdirilməsi üçün cəhd eləsin. Çünkpi azarkeşin istəyini heç kim nəzərə almadı".



Gündüz Abbaszadə (CBC Sport): "Fikrimcə, finalın Naxçıvanda keçrilməsi bu şəhərə böyük futbolun qayıtması üçün təkan ola bilər. Naxçıvanlı futbolsevərlər cari mövsümün iki ən güclü klubunu canlı izləmək imkanı qazanacaq ki, bundan gözəl heç nə ola bilməz. Avropa Liqasında oynamış iki komanda Muxtar Respublikaya səfər edəcək. Bu əsl futbol bayramı olacaq. Jurnalistlərin fəaliyyətinə gəlincə, yəqin ki, hakimlərin Antalya toplanışına onlarla jurnalist aparan Peşəkar Futbol Liqası bu məsələni nəzərə alaraq Azərbaycanın bir güşəsinə media nümayndələrinin səfərini təşkil edəcək. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bu məsələlərə xüsusən həssas yanaşır. İnanıram ki, onlar səfəri təşkil edəcəklər. Artıq bir dəfə bu baş verib. Super Kubok oyunu zamanı jurnalistlərin Naxçıvana səfəri yüksək səviyyədə təşkil olunub. Yalnız azarkeşlərin Naxçıvana getməsində problem yarana bilər. Müzakirələrdən görünür ki, belə problem var. Hər iki klubumuz kifayət qədər peşəkardı və yəqin ki, vəziyyətdən çıxış yolu tapacaqlar". 



"Space TV"nin şərhçisi Tural Xudiyevin cavabı isə qısa və konkret oldu: "Azərbaycan futbolunun göylə gedən vaxtı deyil".



Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X