Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XXIV tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Daha bir görüşdə isə texniki nəticə rəsmiləşib.
Keçirilən oyunlardan sonra Premyer Liqaya 3 vəsiqədən birinin sahibi bilinib. MOİK-i 1:0 hesabı ilə yenən “Turan Tovuz” nəinki ilk “üçlük”də, hətta ilk 2 yerdən birini təmin edib. Bununla da Tovuz klubu elitaya vəsiqəni təmin edib.
Amma idman prinsipləri ilə Premyer Liqaya yüksələn qərblilər orada çıxış etmək üçün lisenziya almalıdı. Buna isə gələn ayın əvvəlində aydınlıq gələcək.
Qeyd edək ki, reqlamentə əsasən ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlir, orada sonuncu olan isə diviziona düşür.
Turun ikinci günündə 3 qarşılaşma baş tutub. Mərkəzi oyunda “Səbail”lə “Zaqatala” qarşılaşıb. Səfərdə oynayan paytaxt təmsilçisi xal itkisi ilə üzləşib - 1:1.
Bu xal itkisi I divizionda çempionun müəyyənləşməsi ilə nəticələnib. “Turan Tovuz” izləyiciləri üçün əlçatmaz olub və sona 2 tur qalmış qızıl medalları təmin edib. Düzdü, “Səbail” 2 oyunda 6 xalı aradan qaldıra bilər. Amma şəxsi oyunlardakı üstünlük çempionun indidən müəyyənləşməinə səbəb olub.
I divizion
2016/17 mövsümü
II dövrə, XXIV tur
13 aprel
Rəvan - Ağsu -/+ (0:3)
Turan Tovuz - MOİK 1:0
Qol: Rəhman Musayev, 90+2.
Mil-Muğan - Qaradağ Lökbatan 2:4
Qollar: Raul Yaqubzadə, 69. Mübarək Şahquliyev, 81 (avtoqol) - Mübarək Şahquliyev, 21. Sabir Allahquliyev, 32, Elgiz Kərimli, 43. Rüfət Məmmədov, 64.
14 aprel
Bakılı - Göyəzən 4:0
Qollar: Vüsal Səfərov, 4. Elnur Abdulov, 10. Aslan Hüseynov, 56-pen. Elvin Hacızadə, 67.
Şəmkir - Energetik 5:1
Qollar: Cəmil Rəhimli, 21. Ramil Sadıqov, 26. Etibar Süleymanov, 40. Etibar Alıyev, 55 (avtoqol). Bəhruz Teymurov, 58 - Tural Məmmədzadə, 69.
Zaqatala - Səbail 1:1
Qollar: Oruc Balaşlı, 18 - Bayram Budaqov, 75.
1. Turan Tovuz24176159-957
2. Səbail24163572-2451
3. Qaradağ Lökbatan24161760-2949
4. Ağsu24154559-2149
5. Şəmkir24152741-1947
6. Zaqatala24144666-2746
7. Mil-Muğan24115838-2938
8. MOİK2496941-2733
9. Şahdağ24751232-4426
10. Şərurspor24741336-4825
11. Energetik24541523-7719
12. Göyəzən24241816-8610
13. Rəvan24611724-6410
14. Bakılı24312028-9110
Fanat.Az