12:15 14.04.2017 702

"Tualetə pul veririk, futbola yox" - Oqtay Abdullayev

“Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayevin apasport.az saytına müsahibəsi

 

- “Turan Tovuz” I divizionun XXIV turunda MOİK-i 1:0 hesabı ilə üstələyərək, ilk 2 yerdən birini, yəni idman prinsipləri ilə elitaya vəsiqəni təmin edib. Baş məşqçi Əsgər Abdullayev “apasport”a açıqlamasında “işimizi 90 faiz yerinə yetirmişik, qalanı rəhbərliyin üzərinə düşür” fikirlərini səsləndirib...

- Futbol ictimaiyyəti, Azərbaycan futbolunu sevənlər də istəyirlər ki, “Turan Tovuz” Premyer Liqada çıxış etsin. AFFA, UEFA və FİFA-nın Əsasnaməsi var, lisenziyalaşdırma şərtlərinə cavab vermək lazımdı. Biz bütün şərtlərə cavab veririk, təkcə maliyyə məsələsində axsayırıq. Bilirsiz ki, indiki zamanda çox klubun maddi durumu çətindi. Oturub, bu məsələni danışacağıq. Rəhbərlik, rayon deputatları və ictimaiyyəti ilə görüşüb, “Turan Tovuz”un taleyini müzakirə edəcəyik. Yaxşı uşaqlarımız, komandamız və şəraitimiz var. Məsələ gündəmdədi, çempionatın bitməsini gözləyirik. Ondan sonra bu məsələni həll edəcəyik. Dediyim kimi, lisenziya üçün qalan bütün sənədləri təqdim etmişik. Maliyyə məsələsindən başqa bizdə hər şey idealdı, elita səviyyəsindədi.

 

- Premyer Liqada iştirak üçün “Turan Tovuz”un nə qədər büdcəsi olmalıdı?

- Ən aşağısı 1 milyon yarım, 2 milyon pul lazımdı. Yaxşı komanda yaxşı geyinməlidi, səfərləri var, maaşlar vaxtında verilməlidi. Biz demirik ki, başqa komandalar kimi, böyük büdcə istəyirik. Amma futbolçularımız dolanmalıdı. Dediyim məbləğə Premyer Liqada komanda saxlamaq olar.

 

- Klubun maliyyə vəziyyətinin yaxşılaşacağına dair sizə ümid verən varmı?

- Həmişə ümidlə yaşamaq lazımdı. Biz 2 ildi nəyə görə əziyyət çəkirik? Ona görə ki, komanda Premyer Liqada oynasın. Bunun üçün hər şey edirik. Allahın köməkliyi ilə yaxşı olmalıdı. Mən özüm tovuzlu deyiləm. Amma buraya gələndən sonra gördüm ki, Tovuzda futbolçu olduqca çoxdu. Komanda Premyer Liqada olsa, yeni-yeni oyunçular üzə çıxacaqlar, çünki bura futbol şəhəridi. Əgər biz deyiriksə, Azərbaycanda futbol olmağını istəyirlərsə, Tovuzdan başlamaq lazımdı. Burda işlədiyimə görə demirəm. Əvvəl hamıdan eşidirdim, indi isə öz gözümlə şahidi oluram. Həqiqətən, Tovuzdan futbolçu çox çıxır.

 

- “Turan Tovuz”u Premyer Liqanın hər hansı komandası ilə müqayisə etmək olar?

- Bizdə kənardan gəlir yoxdu. AFFA “Turan Tovuz”a 250 min manat ayırdı. Biz bu pulla həm komandanı, həm bazanı, həm də uşaq futbolunu saxladıq. Maliyyə bir az çox olsa, daha yaxşı iş görərik. Premyer Liqa klubları futbolçularına mükafat verirlər. Amma bizdə o imkan yoxdu. Buna baxmayaraq, kişi kimi oynadılar, futbolu bacardıqlarını göstərdilər. Hamısı rəhbərlikdən asılıdı. Büdcə artırılsa, mükafatlar olsa, “Turan Tovuz” elita təmsilçilərindən heç də geri qalmayacaq, çempionatda yaxşı yerlərdən birini tutacaq.

 

- Son illərdə sponsorlar Azərbaycan futbolundan qaçırlar. Bunun səbəbini nədə görürsüz?

- Komandaları AFFA saxlamamalıdı. Klublar sərbəst fəaliyyət göstərməli, öz sponsoru olmalıdı. Azərbaycan futbolunda böyük bəla odu ki, bizim komandalar gəlir gətirmirlər. Bu gün tualetə gedəndə pul veririk, amma futbola gedib, pul ödəmirik. Hamı anlamalıdı ki, futbola gedəndə 1 manat da olsa, xərcləməlidi. Bu olmasa, komandaları necə saxlamaq olar? Futbola 5 manat sərmayə qoyan 1 manat da götürmür. Nəticədə sponsorlar qaçırlar. Çıxış yolu kimi, birincisi, klubları Bakıdan çıxarmaq lazımdı. Bakıda 1 komanda qalmalıdı. Qalanları isə regionları təmsil etməlidi. Bölgələrdə komandalar olmasa, futbolumuza maraq qalmayacaq. Əvvəllər Premyer Liqada Lənkəranın, Şəmkirin, Tovuzun təmsilçisi çıxış edirdi. Komandalar regionlara gedib-gəlirdilər, rəqabət var idi. “Turan Tovuz” I divizionda olsa da, ev oyunlarımıza baxmağa 5000 azarkeş gəlir. Amma Premyer Liqada lider komandaların oyununda heç 200 nəfər  olmur. Hərəsinin 50 azarkeşi gəlir, vəssalam. 8 komandadan 5-i Bakıda oynayır. Halbuki rayonlarda da gözəl stadionlar var. Masallı, Lənkəran, Şəmkir, Tovuz, bir sözlə, regionlarımızda futbol olmalıdı. Sponsorları maraqlandırmaq lazımdı.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X