20:25 15.04.2017 1009

"Neftçi" acığını AZAL-a tökdü - "Avroliqa döyüşü"ndə "sülh"

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.


Turun açılış matçında “Sumqayıt” “Zirə”ni qəbul edib. Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparan komandaların duelində qalib gələn tərəf böyük üstünlük əldə edəcəkdi. Ardıcıl 3 qələbə sayəsində rəqiblə aradakı xal fərqini 1-ə endirən "Sumqayıt" uğurlu seriyanı davam etdirməklə 4-cü pilləni ələ keçirəcəkdi. Ayxan Abbasovun yetirmələrinin qarşılaşmadan 3 xalla ayrılması "Neftçi"nin ümidlərinin də üstündən xətt çəkəcəkdi. Çünki "Zirə" belədə minimum 6 xallıq fərqi qorumuş olacaq. Bu isə şəxsi oyunlarda qəsəbə təmsilçisindən zəif olan “Neftçi”nin 80 illik yubileyində böyük uğursuzluğa düçar olmasına gətirib çıxaracaqdı.


"Suqayıt" qələbə qazanmağa yaxın olsa da, son dəqiqələrdə qələbəni əldən verib. Hesabı 83-cü dəqiqədə gənclik şəhəri təmsilçisindən Mirabdulla Abbasov açıb. 90+4-cü dəqiqədə isə "Zirə"dən Milan Duriç penaltini dəqiq yerinə yetirərək bərabərliyi təmin edib - 1:1.


“Neftçi” turnir cədvəlindəki qonşusu, autsayder AZAL-la üz-üzə gəlib. "Zirə" Sumqayıtda qələbə qazana bilmədiyindən “ağ-qaralar”ın 11 turdu qələbə üzü görməyən "təyyarəçilər"i yenməkdən başqa yolları yox idi. Çünki istənilən xal itkisi Elxan Abdullayevin kollektivinin Avropa Liqası xəyalının üstündən xətt çəkəcəkdi. Uğursuzluqları sıralayan "ağ-qaralar" bu dəfə vəzifəsinin öhdəsindən gəlib. "Neftçi" 4:0 hesablı qələbə ilə Avroliqa iddiasını son iki tura dayışıb. Oyunda qolları Zdenek Folprext, Daniel Seqovia, İqnasio Fernandes və Rəhman Hacıyev vurub.


Qeyd edək ki, tura sabah yekun vurulacaq. "Qəbələ" "Kəpəz"in, "Qarabağ" "İnter"in qonağı olacaq.

 

Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXVI tur


15 aprel

Sumqayıt - Zirə 1:1

Qollar: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4-pen.

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.

Baş məşqçi: Samir Abasov.

Zirə: 85. Kamal Bayramov, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 11. Viktor İbekoyi, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze.

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 92. Cavid Tağıyev, 17. Vüsal İsgəndərli, 26. Georgi Qorozia, 9. Nurlan Novruzov.

Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim inspektor: Məlik Həsənov.

Sumqayıt şəhər stadionu.

 

Neftçi - AZAL 4:0

Qollar: Zdenek Folprext, 14. Daniel Seqovia, 17. İqnasio Fernandes, 35. Rəhman Hacıyev, 55.

Neftçi: 33. Boban Baykoviç, 7. Namiq Ələsgərov, 8. Zdenek Folprext, 11. İqnasio Fernandes, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 26. Kamal Qurbanov, 29. Georgi Navalovski, 80. Edson Kastilya, 95. Elvin Bədəlov.

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov.

Baş məşqçi: Elxan Abdullayev.

AZAL: 23. Aqil Məmmədov (k), 2. Elşad Manafov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 10. Nuqzar Kvirtiya, 91. Mehdi Taouil, 19. Elnur Süleymanov, 27. Rəşad Abdullayev, 6. Bəxtiyar Soltanov, 70. Vaqif Cavadov, 8. Sadio Tounkara.

Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 55. Qeyrət Qənbərov, 14. İlqar Ələkbərov, 11. Frank Madu, 77. Arkadi Qalperin, 21. Samir Məsimov, 9. Röyal Nəcəfov.

Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim inspektor: Əhmədağa Cabbarov.

"Bakcell Arena".


1. Qarabağ25165439-1253

2. Qəbələ251310243-1449

3. İnter251110436-2543

4. Zirə2689923-2633

5. Sumqayıt26881025-3232

6. Neftçi26921523-4029

7. Kəpəz25691019-2627

8. AZAL26171812-4510

 

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11. Rauf Əliyev ("İnter") - 9.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X