İki futbolçu üçün mövsüm bir tur əvvəldən bitib. Fanat.Az xəbər verir ki, "Kəpəz"dən Ceyhun Cavadov, "Zirə"dən isə Vüqar Mustafayev son turun oyununda meydana çıxa bilməyəcək.
Ceyhun Cavadov AZAL-la oyununda 38-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü "sarı"nı alan futbolçu XXVIII turda "İnter"ə qarşı oynaya biləməyəcək.
Vüqar Mustafayev "Neftçi" ilə matçın 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 12-ci "sarı"nı alan futbolçu 3-cü dəfə cəzalı duruma düşüb. O, son turun AZAL-la oyununda komandasına kömək edə bilməycək.
Fanat.Az