Premyer Liqanın cari mövsümündə qol sayını 11-ə çatdıraraq bombardirlər siyahısına yüksələn “İnter”in hücumçusu Rauf Əliyev “Qəbələ”yə 3:4 uduzduqları oyundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, “qafqazinfo”ya açıqlama verən forvard adının “Zirə” ilə hallanmasından və qazandıqları bürünc medallardan danışıb:
“Bürünc medallara sevinirik. Təbii ki, bu bizim uğurumuzdur. Ümid edirəm ki, hər şey “İnter” üçün yaxşı olacaq. “Zirə” ilə adımın hallanmasına gəlincə, bu yanlış məlumatdır. Onlarla heç bir danışığım olmayıb. Amma başqa təkliflər var. Ad çəkmək istəmirəm amma danışqılar gedir. Sadəcə, tələsmək fikrində deyiləm. Düşünüb özüm üçün ən yaxşı qərarı verəcəm”.
Fanat.Az