AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri "Zirə" - "Neftçi" matçı ilə bağlı qərar verib.
Oyunun 68-ci dəqiqəsində “Neftçi”nin heyətində əvəzetmə zamanı limit pozulmuşdu. Buna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Dolayısıyla, "ağ-qaralar"ın heç-heçəyə görə əldə etdiyi bir xal və vurulan qollar silinib.
"Neftçi"yə həmçinin 5 futbolçusu sarı vərəqə aldığına görə 800 manat cərimə kəsilib.
Fanat.Az