14:37 27.04.2017 802

Premyer Liqada neçə komanda olacaq? - AFFA açıqladı

“Növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komandanın iştirakı çətin məsələdir, buna inanmıram. Bəzi klublar sponsor axtarışında olduqları üçün indidən dəqiq rəqəm söyləmək olmur. Sayla bağlı proqnozumuz bu cürdür: minimum 8, maksimum 10 komanda”. 


Bunu “Report”a AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib. E.Məmmədov bildirib ki, elita iştirakçılarının sayı və tərkibi ilə bağlı ortaya çıxan problem maddiyyatla əlaqədardır: 


“Burada əsas məsələ maliyyəyə bağlıdır. Xüsusən də I Divizion komandalarının problemləri var. Onlar sübut etməlidirlər ki, elitada çıxış etmək üçün stabil gəlir yerləri mövcuddur. Bəzi klubların nümayəndələri sponsorların tapılması ilə bağlı çətinlik yaşadıqlarına dair mətbuata açıqlamalar da veriblər. Bəlkə komissiyanın mayda keçiriləcək iclasına qədər bank zəmanəti verərlər. I Divizion təmsilçiləri arasında Premyer Liqada çıxış etmək istəyən klubların sayı 4-dən çoxdur. Onlardan bəzilərinin bank zəmanəti verib-verə bilmədiyi bilinir. Lakin adlarını açıqlaya bilmərəm. Premyer Liqada iştirak edən klubların isə əksəriyyəti maliyyə sənədlərini təqdim edib. Bəzilərində xırda çatışmazlıqlar var, onları da həll edəcəklərini gözləyirik”.


Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan I Divizionunda, aprelin 29-da isə Premyer Liqada 2016/2017-ci il mövsümünə yekun vurulacaq. Lakin növbəti mövsüm elitada iştirak edəcək klubların sayı və tərkibi ilə bağlı qeyri-müəyyənlik var. 2016/2017-ci il mövsümünün Əsasnaməsində mövsümü sonuncu pillədə bitirən komandanın Premyer Liqanı tərk edəcəyi, I Divizionda ilk 3 pilləni tutan komandanın (lisenziya şərtlərini yerinə yetirirsə) isə elitaya vəsiqə qazanacağı göstərilib. Artıq AZAL komandasının Premyer Liqada sonuncu yeri tutması, “Turan Tovuz”un isə I Divizionda qalibiyyəti rəsmiləşib.  


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
01:04

İtaliya A Seriyası: 2024/2025 mövsümü yekunlaşdı

00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X