Tərlan Quliyevin “Neftçi”yə keçidi təxirə düşə bilər. Fanat.Az-a verilən məlumata görə, yetirməsi olduğu kluba dönmək istəyən müdafiəçinin “İnter”lə olan müqaviləsinin müddəti yayda başa çatsa da, rəhbərlik onun heyətdə qalmasında maraqlıdı.
“Neftçi”nin təklif etdiyi pulun məbləği çox olsa da, AFFA-nın işə qarışması həlledici məqamdı. Səlahət Ağayev və Nizami Hacıyevdən fərqli, Tərlanın məsələsi açıq qalır. Quliyev assosiasiya məmurlarının “ağ-qaralar”a barmaq silkələməsi nəticəsində azı daha 6 ay “İnter”də saxlanılsa, təəccüblənməyin.
Qeyd edək ki, sabiq bank təmsilçisinin transfer yasağı gələn ilin yanvarınadək davam edəcək.
Fanat.Az