Azərbaycan I divizionunda 2016/17 mövsümünə yekun vurulub. Çempionluğu daha öncə əvvəl təmin edən "Turan Tovuz" son turda "Qaradağ Lökbatan"ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, oyunu izləyənlər arasında Tovuzdan olan millət vəkili Qənirə Paşayeva və rayonun icra başçısı Tofiq Zeynalov da olub. Onlar komandaya dəstək veriblər.
Qeyd edək ki, Qənirə Paşayeva bir müddət əvvəl iş adamlarına müraciət edərək "Turan Tovuz"a dəstək verməyə çağırmışdı.
Fanat.Az